Arif Babayev milli musiqimizə misilsiz töhfələr verib Millət vəkili
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Millət vəkili Göydəniz Qəhrəmanov bu gün vəfat edən Azərbaycanın görgəmli muğam ustası, Xalq arstisti Arif Babayevlə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, Göydəniz Qəhrəmanov paylaşımında Arif Babayevin Azərbaycan musiqi mədəniyyətinin əvəzsiz simalarından biri olduğunu qeyd edib.
"Muğam sənətimizin canlı əfsanəsi, Azərbaycan musiqi mədəniyyətinin əvəzsiz simalarından biri, Xalq artisti Arif Babayevin dünyasını dəyişməsi xəbərini dərin kədərlə öyrəndim", - deyən Göydəniz Qəhrəmanov Arif Babayevin təkcə səsləndirdiyi muğamlarla deyil, həm də yaratdığı məktəblə, yetişdirdiyi tələbələrlə milli musiqi irsimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə misilsiz töhfələr verdiyini vurğulayıb:
"Arif Babayevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Ailəsinə, sənət dostlarına və bütün musiqisevərlərə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin !"
Altay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















