Icma.az
close
up
RU
Arif Babayev mükafat aldığını xəstəxanada öyrəndi “Oğlum zəng edib dedi... danışanda yoruluram”

Arif Babayev mükafat aldığını xəstəxanada öyrəndi “Oğlum zəng edib dedi... danışanda yoruluram”

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq artisti, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev Mükafatı verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Ölkə.az xəbər verir ki, musavat.com-un əməkdaşı xanəndə ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb, həm də təəssüratlarını öyrənib:

- Arif bəy, necəsiniz? Səhhətiniz nə yerdədir?

- Yaxşıyam, Allah razı olsun. Mərkəzi Klinikada müalicə alıram, bir neçə günə evə buraxılacağam. Bir neçə gündür ki, buradayam. Sənət dostlarım zəng edirlər, baş çəkirlər.

- Bu gün sizə Heydər Əliyev Mükafatı verilib. Kimdən bu barədə xəbər tutdunuz?

- Oğlum Yaşar zəng edib dedi. Hamı təbrik edir. Açığı, belə bir şeyi gözləmirdim. Böyük xəbərdir. Mənim üçün tarixi bir gündür. Allah Heydər Əliyevə rəhmət etsin. Dövlətimiz heç vaxt məni yaddan çıxartmadı. 

- Arif müəllim, ömrün bu çağında nə kimi arzularınız var?

- Arzum sağ-salamat olmaqdır. Ölkəmiz firəvan olsun, insanlarımız rahat yaşasın. Torpaqlarımız azad olundu.  Daha nə istəyim ki... Bundan böyük nə sevinc olar ki. Hər şeydən razıyam. 

- Həmişə oxuyan, yaradan adam olmusunuz. İndi ürəyinizdən hansı mahnını oxumaq keçir?  

- Səhhətim yol verir ki... Özümü yaxşı hiss etmirəm. Sağlıq olsun, müalicə olunuram. Bəlkə haçansa bir daha oxuya bildim. “Qarabağ” şikəstəsini nə oxuyardım... Ürəyim yanır oxumaq üçün.

- Bəs vaxtı ilə ifa etdiklərinizdən dinləyirsinizmi?

- Danışa bilmirəm. Bir az danışan kimi yoruluram.

Qeyd edək ki, Xalq artisti bir neçə dəfə insult keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 May 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri