Arif Babayevin sözlərindən sonra depressiyaya düşdüm Əməkdar artist
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Ustadım Arif Babayev Namiqlə duet oxuduğuma görə narazı idi. Mən onun bu reaksiyasını gözləyirdim. Bilirdim ki, o bunu birmənalı qarşılamayacaq. Bir müddət keçdikdən sonra Arif müəllim efir vasitəsi ilə söylədi ki, tələbələrimlə razıyam, amma bir tək Könüldən narazıyam. Mən bu sözlərdən sonra o qədər pis oldum ki… Depressiyaya düşdüm.
Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “RTV”də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.
Müəllimimdən bu sözləri eşitmək mənim üçün çox ağır idi. Arif müəllim dedi ki, o boyda zəhmət çəkmişəm, Könül keçib meyxanaya. Sintezatorun birini sağına, digərini isə soluna qoyub… Mən buna “üçlüklə” tar, kaman və qavalla dərs keçmişəm. O bunu çətin qəbul etdi. Amma bir müddət keçəndən sonra insanların bu duetə olan sevgisini görəndən sonra məni bağışladı. Dedi ki, nə oxuyursan toxunur insana. Qucaqlayıb, məni öpdü və söylədi ki, sənə uğurlar. Mən də bundan sonra rahatlaşdım. Yəni bu duet mənə asan başa gəlməmişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 Noyabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















