Icma.az
close
up
RU
Arif Əsədov: “Əfsanələr Kuboku”ndan çox yaxşı təəssüratlarla ayrıldım

Arif Əsədov: “Əfsanələr Kuboku”ndan çox yaxşı təəssüratlarla ayrıldım

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Moskvadakı turnirdən çox yaxşı təəssüratlarla ayrıldım.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Əfsanələr Kuboku”nda iştirak etmiş Azərbaycanın veteran futbolçusu Arif Əsədov deyib.

SSRİ yığmasının sabiq üzvü bildirib ki, turnirdə iştirakı təşkilatçıların dəvəti ilə gerçəkləşib: “Təklif təşkilatçılardan gəldi. Uzun müddət SSRİ yığmasında və Rusiya klublarında oynamışam. Turnirdə mübarizə apardığım Asiya yığmasının heyətində postsovet ölkələrindən olan veteran futbolçular iştirak edirdi. İlk dəfə idi ki, Azərbaycana belə dəvət ünvanlanmışdı və ilk olaraq mən ölkəmizi orada təmsil etdim. Təəssüratlarım çox yaxşıdır. Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Açılış və bağlanış mərasimləri dünya çempionatına layiq səviyyədə idi”.

Avropa və dünya çempionu olmuş keçmiş futbolçu turnirdə bir çox tanınmış oyunçunun iştirak etdiyini söyləyib: “Orada Avropa futbolunun ulduzları, Serbiya, Türkiyə, Rusiya və digər ölkələrdən çox sayda tanınmış simalar var idi. Bu baxımdan qürur hissi keçirdim. Komanda olaraq layiqli çıxış etdik və dördüncü yeri tutduq. Dünya ulduzlarına məğlub olduq, amma burada əsas nəticə deyil, iştirak önəmli idi. Turnirdə ən yaşlı futbolçulardan biri də mən idim. Əksəriyyəti cavanlar idi. Matçlar yüksək tempdə, gərgin mübarizə şəraitində keçdi. Daha hazırlıqlı olan Rusiya millisi birinci oldu. Düşünürəm ki, mənim bu turnirdə iştirakım gələcəkdə Azərbaycanın daha çox futbol ulduzunun belə yarışlara dəvət almasına imkan yaradacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri