Icma.az
close
up
RU
Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü FOTOLAR

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü FOTOLAR

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, bu məqsədlə Azərbaycanın Özbəkistan səfirliyinin təşkili və AFFA-nın dəstəyi ilə bir qrup futbol veteranımız Daşkəndə səfər ediblər.

Turnir öncəsi Oqtay Abdullayev, Rüstəm Rəhimov, Arif Əsədov, Hüseyn Məhəmmədov, Alim Qurbanov, Mahmud Qurbanov, Xəyal Mustafayev, Ədaim Niftəliyev, Tərlan Əhmədov və Emin Quliyevdən ibarət heyət Ulu Öndərin Özbəkistan paytaxtında ucaldılmış heykəli önünə gül dəstələri qoyublar. 

"Bunyadkor" stadionunda təşkil olunan oyun 5:5 hesabı ilə yekunlaşıb ki, teteranlarımızdan Arif Əsədov və Xəyal Mustafayev dubl ediblər, daha bir qolu isə Mahmud Qurbanov vurub. Oyundan sonra ziyafət təşkil olunub.

Yığmamızın sabiq məşqçisi Arif Əsədov fürsətdən istifadə edərək SSRİ-nin U-17 millisində dünya (1987) və Avropa (1988) çempionu olduğu sabiq komanda yoldaşı Mircəlal Qasımovla da görüşüb. Əsədov bu barədə təəssüratlarını saytımıza bildirib: "Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə bağlı keçirilən bir tədbir, qardaşlıq matçı idi. Səfirlik tərəfindən təşkil olunmuş görüşə AFFA veteranları göndərmişdi. Mərhum prezidentin burada ucaldılmış abidəsini ziyarət etdik, gül dəstələri qoyduq. Sonra tarixi yerləri gəzdik. 

Fürsətdən istifadə edib Mircəlalla, onun ailəsi ilə də görüşdük. Bildiyiniz kimi, onunla 6 il - 15 yaşımdan 21-ə kimi bir yerdə yığmada oynamışıq. Vladislav Qədirov da həmçinin. Mircəlal Özbəkistan Premyer Liqasında çalışır, komandası ilk sıralardadır. Toplanışda olduğu üçün veteranların oyununda iştirak edə bilmədi. Amma məni evlərinə qonaq apardı, valideynlərini ziyarət etdim. Onları hələ yeniyetmə vaxtından tanıyırdım, evlərində olmuşdum. Mircəlal da o vaxt Azərbaycanda bizim evimizdə qonaq olmuşdu. Burada hətta özbək toyunda da iştirak etdim. O cümlədən "Neftçi"dən tanıdığımız Mustafa Belyalovla da görüşmək imkanımız oldu. Bir sözlə, səfər çox yaxşı təəssüratlarla yadda qaldı".  





Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri