Icma.az
close
up
RU
Arif Əsədov: “Qarabağ”ın “Benfika” kimi komandaya səfərdə qalib gəlməsi böyük hünərdir

Arif Əsədov: “Qarabağ”ın “Benfika” kimi komandaya səfərdə qalib gəlməsi böyük hünərdir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

“Qarabağ”ın uğuru əzmkarlığın nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəldiyi ilk tur matçı barədə danışarkən deyib.

Mütəxəssis bu cür rəqibə səfərdə qalib gəlməyin böyük hünər olduğunu bildirib: “Qarabağ” bu matçla göstərdi ki, orta səviyyəli komandalar arasında daha yüksək pilləyə qalxa bilər. Bu, komandanın istənilən rəqiblə mübarizə aparmaq gücündə olduğunu sübut edir. Azərbaycan xalqına bu sevinci bəxş etdiyinə görə Qurban Qurbanovun kollektivinə təşəkkür edirəm”.

A.Əsədov qarşılaşmanın ilk 15 dəqiqəsini ən kritik anlardan biri kimi qiymətləndirib: “Bu zaman kəsiyində ən əsası, rəqibin və azarkeşlərin təzyiqinə tab gətirmək idi. İlk hissədə komandamız bir qədər həyəcanlı görünürdü və bunun nəticəsində iki qol buraxdı. Amma ruhdan düşmədən oyuna davam etdilər. Fasiləyə 2:1 hesabı ilə yollanmaq futbolçularımızda geridönüş üçün inam yaratdı”.

Mütəxəssis Ağdam təmsilçisinin rəqib qapısına vurduğu ikinci qolun görüşün taleyinə böyük təsir göstərdiyini söyləyib: “Komanda meydanda taktiki baxımdan düzgün oynadı, mərkəzə nəzarəti ələ aldı və kompakt şəkildə hərəkət edərək rəqibin oyununa mane oldu. İlk hissədən fərqli olaraq, ikinci yarıda “Benfika”dan üstün performans nümayiş etdirdilər. Nəticədə əks hücumlarda üçüncü topu da vuraraq tarixi qələbəyə imza atdılar. Bu da açığı, rəqib futbolçularda təəccüb doğurdu”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see133

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri