Icma.az
close
up
RU
Arif Hacılıdan diqqətçəkən açıqlama: “Elçibəyə Nobel verilmədi, çünki...”

Arif Hacılıdan diqqətçəkən açıqlama: “Elçibəyə Nobel verilmədi, çünki...”

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin tanınmış lideri Mariya Korina Maçadoya verilib. Bu seçim daha əvvəl yaşanmış analoji halı – mükafatın müxalifət nümayəndələrinə verilməsini yenidən gündəmə gətirib. Məsələn, 1991-ci ildə Birma hərbi rejiminə qarşı müxalifətin lideri Aunq San Suu Kyi, 2010-cu ildə isə həbsdə olan Çin müxalif fəalı Liu Syaobo bu mükafata layiq görülüblər.

Azərbaycanda da Nobel mükafatına namizədliklə bağlı iddialar zaman-zaman gündəmə gəlir və hazırda da bir sıra nüfuzlu şəxslər bu sahədə şanslı sayılır.

Məsələn, yazıçı Əkrəm Əylislinin Nobel almaq şansının olduğu iddia olunur. Hətta “Daş yuxular” əsərini bu məqsədlə yazdığı da düşünülür. Bundan əlavə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sözügedən mükafatı almaq istədiyini etiraf edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə də Nobel Sülh mükafatına namizəd göstərilənlər siyahısındadır. Bununla yanaşı, mərhum prezident Əbülfəz Elçibəyin də həyatda olduğu vaxt Nobel Sülh Mükafatı ala biləcəyi barədə fikirlər də mövcuddur.

İddia ilə bağlı Globalinfo.az-a danışan Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, Nobel Sülh Mükafatının verilməsi siyasi proseslərdən asılıdır:

“Sülh mükafatı müharibələrin dayandırılmasında, sülhün bərqərar olunmasında rol oynayan dövlət başçıları, siyasi liderlər və qlobal münaqişələrdə uğur qazanan şəxslərə təqdim olunur. Müxalifət nümayəndələrinə də bu mükafat verilib. Məsələn, keçən il mənim dostum, Belarus müxalifətinin lideri Ales Bialiatski həbsdə olmasına baxmayaraq, Nobel Sülh Mükafatına layiq görülüb. Hazırda o, siyasi məhbusdur.

Ümumi geopolitik vəziyyət, siyasi proseslər, dünya azadlıq hərəkatlarının inkişafı və digər amillər bu məsələdə əsas rol oynayır. Azərbaycan müxalifətindən kiminsə Nobel Sülh Mükafatı alacağı gözlənilmir və yaxın gələcəkdə belə bir halın baş verməsi mümkün görünmür.

Əbülfəz Elçibəy azadlıq və demokratiya uğrunda mübarizədə Nobel mükafatı alan bir çox şəxsə nisbətən daha layiqli bir siyasi lider idi. Lakin siyasi amillər və konyuktura onun mükafatı almasına imkan verməzdi”.

Qeyd edək ki, Nobel mükafatı dünya miqyasında ən nüfuzlu və prestijli mükafatlardan biridir. Mükafat altı əsas istiqamətdə təqdim olunur: Fizika, Kimya, Fiziologiya və ya Tibb, Ədəbiyyat, Sülh və İqtisadiyyat.

Azərbaycanda Nobel İnformasiya Mərkəzi yaradıldıqdan sonra ölkənin bir çox görkəmli alimləri bu mərkəz vasitəsilə mükafata təqdim olunub. Onlar arasında Nemət Qasımov, Ofeliya Abakarova, Telman Əliyev, Solmaz Qasımova, Pərviz Yəhyalı, akademik Adil Qəribov və Şeyxülislam Allahşükür Paşazadə yer alır.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri