Icma.az
close
up
RU
Arif Quliyev koronavirus deyildi, beynində problem var idi

Arif Quliyev koronavirus deyildi, beynində problem var idi

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Mən də hamı kimi Arif Quliyevi ekrandan tanımışam. Onun aktyor kimi böyük sənətkar olduğu göz qabağında idi. Bir bədbəxtliyi var idi ki, rejissoru olmadı. Əgər Arif İtaliya, Fransa, İngiltərədə dünyaya gəlsəydi, oraların məşhur rejissorları ilə təmasda olsa idi, dünya şöhrətli aktyor olardı. Bunu çəkinmədən deyirəm. Arif Quliyevin rejissoru Azərbaycanda tapılsaydı, 10 dəfə daha qüdrətli obrazlar canlandırardı". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə "AStar" layihəsində Mərhum Xalq artisti Arif Quliyev haqqında danışarkən deyib. O, 3 yaşında uşaqlar evinə tərk edilən A.Quliyevin doğma ailəsi ilə sonralar əlaqə saxlamaq istəmədiyini bildirib:

"O, qardaşlarını özünə yaxın buraxmırdı. Onun əsl anası ilə maraqlanıram ki, kimdir. Yaşadığı kəndi də bilirəm, amma oğlunun icazəsi olmadan deyə, bilmərəm. Amma Bakı kəndlərindən biridir. Onun hansı səbəbdən uşaq evində böyüməsini bilmirəm. O, insanlarda özünü axtarırdı ki, mən bu xasiyyəti hansı anadan-atadan almışam. Tapa bilmirdi. Onun çəkdiyi dərdləri bilsələr, hönkür-hönkür ağlayardılar". 

Q.Əlilicanzadə bildirib ki, mərhum sənətçi oğlu Fəridin faciəli həyatına görə çətin dövrdən keçib:

"Çox dərd çəkirdi. Bəlkə də təklikdə ağlayıb, amma bunu görən olmayıb. O, dərdini insanlara göstərmək istəmirdi". 

Q.Əlilicanzadə A.Quliyevin koronavirusdan deyil, başqa xəstəlik səbəbindən vəfat etdiyini açıqlayıb:

"Arif koronavirus deyildi, beynində problem var idi. Onun ciyərlərində soyuqdəymə yox idi. Təzyiqi qalxıb-düşürdü. Sonra da ona qızdırma gəldi. Bəli, adını koronaviris qoyduq, amma evdə müalicə ala bilərdi. Arif inanmırdı öləcək. Orada da deyib-gülməyindən, zarafatından qalmırdı. Amma vəziyyət ciddiləşəndə o da dəyişdi. Elə bil Arif sağollaşıb getdi". 

Xatırladaq ki, A.Quliyevin oğlu Fərid Quliyev 2000-ci ildə qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. 14 illik məhkumluq müddəti verilmiş aktyorun oğlu 2011-ci ildə əfv olunmuş, 2012-ci ildə isə vərəm xəstəliyindən dünyasını dəyişmişdi.

Qeyd edək ki, Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Fevral 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri