Arıq olmaq hələ sağlamlıq demək deyil
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerikan Ürək Assosiasiyasının Bostonda keçirilən konfransında təqdim olunan araşdırma qarın nahiyəsindəki piyin təhlükəli olduğunu üzə çıxarıb. Alimlərin qənaətinə görə, bel nahiyəsində toplanan piy kütləsi ürək çatışmazlığı riskini ümumi çəkidən daha çox artırır.
Yeddi il davam edən tədqiqatda iki minə yaxın insanın sağlamlıq göstəriciləri analiz edilib. Məlum olub ki, daxili orqanları əhatə edən visseral piylər bədən çəkisi normal olan şəxslərdə belə ciddi xəstəliklərə yol açır. Belə ki, qarın nahiyəsi geniş olan insanların ürək damarlarında zədələnmə ehtimalı digərlərindən xeyli yüksəkdir.
Bu prosesdə əsas rolu orqanizmdə yaranan gizli iltihab oynayır. Visseral piylər damarları zədələyən və immun sistemini zəiflədən maddələr ifraz edir. Nəticədə ürək əzələsində çapıq toxuması formalaşır və orqanın işi çətinləşir. Kardioloq Sadiya Xan bildirib ki, profilaktika zamanı təkcə çəkiyə deyil, piyin bədəndə necə paylanmasına da diqqət yetirilməlidir.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kök yaxud arıq?
16 Noyabr 2024 20:15
Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş
20 Sentyabr 2025 00:41
Çox arıq olmaq ölüm riskini 3 dəfə artırır
06 Oktyabr 2025 00:23
Yaponların arıq qalmasının SİRRİ
20 Avqust 2025 18:17
Arıq kişilərin qızları doğulur
07 Oktyabr 2025 16:40
Baxış sayı:130
Bu xəbər 23 Mart 2026 10:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları