Arıqlamaq istənilən diabet xəstəliyini dondura bilər
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əhəmiyyətli dərəcədə çəki itkisi 2-ci tip diabeti əksər hallarda geri qaytara bilər, çünki bunlar genetik deyil, piylənmədən qaynaqlanır. Artıq çəkiyə malik insanlarda diabet xəstəliyinə tutulma ehtimalı 11 dəfə çoxdur.
“Medicina” xəbər verir ki, bu, Böyük Britaniya tədqiqatçılarının yarım milyondan çox insanın sağlamlığını və genlərini araşdırdıqdan sonra gəldiyi nəticədir. Araşdırma nəticəsində məlum oldu ki, ən yüksək kütlə indeksi dəyərlərinə malik olanlar, yəni morbid piylənmədən əziyyət çəkənlər də sağlam çəkiyə malik olanlara nisbətən 2-ci tip diabet xəstəliyinə tutulma riskini 11 dəfə yüksəkdirlər.
Onların diabetlə əlaqəli genləri daşıyıb-daşımamasının fərqi yox idi. Bu, bədən kütlə indeksini diabet üçün ən güclü risk faktoruna çevirir. Tədqiqat həmçinin göstərdi ki, kiminsə nə qədər müddətdir artıq çəkidə olmasının əhəmiyyəti yoxdur. Çəkinin özü diabet inkişaf riskində daha böyük rol oynayır.
Tədqiqatın göstərdiyi kimi, hər birimizin öz çəki həssaslığı həddi var və bu həddi aşdıqda qan şəkərinin səviyyəsi qeyri-adi dərəcədə yüksəlir. Buna görə də, çəkini nəzarətdə saxlamaq 2-ci tip diabetin qarşısını ən effektiv şəkildə ala və ya geri qaytara bilər.
Uzun müddətdir məlumdur ki, 2-ci tip diabeti remissiyaya uğurla çatdırmaq üçün çəki azaltmaq lazımdır. Aralıq dənizi pəhrizi və aşağı kalorili pəhriz həkimlər tərəfindən bu məqsəd üçün ən yaxşı pəhrizlər kimi təbliğ olunur.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Dekabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















