Icma.az
close
up
RU
Aris haqda məlumatım yoxdur, indi özümüzə diqqət yetiririk MÜSAHİBƏ

Aris haqda məlumatım yoxdur, indi özümüzə diqqət yetiririk MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado Sportal.az saytına müsahibə verib. 

- "Araz-Naxçıvan"la yeni müqavilə imzaladın. Azərbaycan Premyer Liqasındakı digər klublardan təklif almışdın?

- Hər şeydən əvvəl onu deyim ki, "Araz-Naxçıvan"da qaldığım üçün xoşbəxtəm. Zaur Axundov və Elmar Baxşıyevə böyük hörmətim var. Düzünü deyim, fərqli klublardan təkliflərim olsa da, "Araz-Naxçıvan"da qalmağa üstünlük verdim. Atdığım addıma görə də şadam.

- Komandanız Premyer Liqa klubları arasında transfer bazarında ən aktiv olanıdır. 2024/2025 mövsümkündən də güclü "Araz-Naxçıvan" görəcəyik?

- Təbii ki, hamımız yeni mövsümün "Araz-Naxçıvan" üçün möhtəşəm alınacağına inanırıq. Komandadan ayrılanlar klubun uğuru üçün öz töhfələrini veriblər. Yeni gələnlər isə artıq bilirlər ki, biz ötən mövsüm çox yaxşı işlər görmüşük. Yaxşı kollektivimiz var və işləməyə davam edirik.

- Komanda tarixində ilk dəfə Avropa arenasında iştirak edəcək. Konfrans Liqasında püşkatma qarşınıza "Aris"i çıxardı. Püşkatmanı "Araz-Naxçıvan" üçün necə dəyərləndirirsən?

- Bilirsiz, uğurlu nəticələr indiyə qədər görülən yaxşı işlərin, zəhmətin nəticəsidir. Yenə də biz yaxşı işləyəcəyik.Avrokuboklarda da çıxış edəcəyik. Hazırlıqlarımız davam edir. 

- "Aris"lə maraqlanmısan? Səncə, növbəti mərhələyə vəsiqə qazanmaq şansınız neçə faizdir?

- Düzünü desəm, "Aris" haqda hələ ki heç nə bilmirik. Çünki biz əvvəlcə öz fiziki hazırlığımızı yaxşılaşdırmağa diqqət yetiririk. Mövsümün hazırlığını davam etdiririk. Ondan sonra isə Yunanıstan klubunu yaxından tanımaq üçün çox vaxtımız olacaq. 

- Bəzən olur ki, komandalar ilk ilindəcə əsas mərhələyə qədər irəliləyir. Səncə, Konfrans Liqasında liqa mərhələsinə qədər irəliləyə bilər

- Bayaq dediyim kimi, biz indi hazırlığa önəm veririk. Oyunlar yaxınlaşdıqca isə təbii ki, məşqçilər korpusumuz bizə lazımı tapşırıqları verəcək və matçlara hazırlaşacağıq. Ötən mövsüm komanda olaraq ortaya yaxşı iş qoymuşduq. Biz meydana çıxacağımız hər bir matçda ən yaxşısı üçün sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri