Icma.az
close
up
RU
Aris in heyətindəki futbolçuların təcrübəli olması məni bir qədər qorxudur

Aris in heyətindəki futbolçuların təcrübəli olması məni bir qədər qorxudur

Fanat saytına istinadən Icma.az xəbər verir.

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Aris"ini qəbul edən "Araz-Naxçıvan" 2:1 hesablı qələbə ilə diqqət mərkəzinə düşdü. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Dalğa Arena"da reallaşan görüşü dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Araz-Naxçıvan"ın "Aris"lə oyunda çətinlik çəkəcəyini əvvəldən bilirdik. İstər büdcə, istərsə də heyətdəki futbolçuların keyfiyyətinə görə təmsilçimizdən üstündürlər. Yunanıstan komandasının sıralarında İspaniya La Liqası, Almaniya Bundesliqası kimi top çempionatlarda çıxış etmiş legionerlər də var. Bu səviyyədə oyunçulara malik rəqibin "Araz"ı "sıxacağını" düşünürdüm, amma oyun başlayandan sonra tərəflər ehtiyatlı oyun sərgiləməyə başladılar. Təmsilçimiz birinci yarıda daha yaxşı göründü. "Aris"in ilk hissədə demək olar ki, qol imkanı olmadı. Meydan sahibləri bütün boş zonaları bağlamışdı, oyun daha çox mərkəzdə gedirdi. Tərəflərin heç biri riskə getmir, daha çox müdafiənin qayğısına qalırdılar ki, bu da başadüşülən idi. "Araz" rəqibindən daha kəsərli cəhdlərlə diqqət mərkəzinə düşür, ara-sıra inamlı əks-həmlələr qururdu. 

Vurduğu qola görə demirəm, Patrik Andrade meydanın ən yaxşılarından idi. Ümumiyyətlə, Naxçıvan təmsilçisinin yarımmüdafiə xətti daha inamlı təsir bağışlayır, rəqibə çətin anlar yaşadırdı. İkinci hissədə də onlar bizdən üstün deyildilər. "Araz" rəqibin cərimə meydançasına yaxınlaşır, qonaqlar kritik müdaxilələr etmək məcburiyyətində qalırdılar. Gah müdafiəçiləri son anda ciddi təhlükəni sovuşdururdu, gah da qaydanı pozmaqla hücumların qarşısını kəsirdilər. Elə yeni-yeni müdafiəni yarmağa çalışırdıq ki, hakim penalti əvəzinə davam işarəsi verdi. Yeri gəlmişkən, orada penalti var idi. Məhz həmin epizoddakı ani diqqətsizlik rəqibin əks-həmlə təşkil edərək hesabı açması ilə nəticələndi. Təəssüf ki, Yunanıstan çempionatının bombardiri Loren Moron öz qolunu vurdu. Bunadək onlara belə bir imkan verməmişdik. Lakin "Araz" buraxılan qoldan sonra özünü yaxşı tərəfdən göstərdi, xarakter nümayiş etdirdi. Elmar Baxşıyev həqiqətən döyüşkən, intizamlı kollektiv formalaşdırıb və bu komanda artıq ortaya keyfiyyət də qoya bilir. Hesab bərabərləşəndən sonra rəqib vəziyyəti xeyrinə dəyişməyə cəhd etdi və nəticədə biz əks-hücum quraraq hesabda önə keçdik. Patrik Andrade baxımlı qolla yadda qaldı. Hesabı açanda qələbə qazana biləcəyinə inanan "Aris" hadisələrin sonrakı inkişafından şoka düşmüşdü. Rəqib yenilgidən qurtulmaq, evə heç-heçə ilə qayıtmaq istəyi ilə irəli atılarkən üçüncü qolu da vurmaq imkanımız oldu. Təəssüf ki, Hamidu Keyta real qol vəziyyətini boşa verdi. Üçüncü qolu vura bilsəydik, möhtəşəm olardı. Hələ Keytanın epizodundan sonra da qol fürsəti yaxaladıq. "Araz-Naxçıvan"ın rəqibin buraxdığı boşluqlardan istifadə etmək bacarığı mütləq vurğulanmalıdır. Ümumi baxsaq, "Aris" kimi təcrübəli rəqib üzərində 2:1 hesablı qələbə çox yaxşı nəticədir. Yuanıstandakı oyunda rəqib öz azarkeşləri önündə vəziyyəti xeyrinə dəyişməyə çalışacaq. Bu cütün qalibinin kim olacağı hələ bilinmir. Hələ də "Aris" növbəti mərhələyə adlamaq şasnları baxımından bir addım öndədir. Əvvəl bizdən 5 faiz daha şanslı görünürdülərsə, indi tutaq ki, 2 faiz üstündürlər. Bu, Polşa, Macarıstan və ya Şimali Avropa komandası olsaydı, başqa şərh verərdik, lakin Yunanıstan klubları evdə böyük basqı etməyi bacarırlar. "Aris"in heyətindəki futbolçuların təcrübəli olması məni bir qədər qorxudur. Onların əksəriyyəti böyük oyunların, yüksək səviyyəli matçların nə demək olduğunu bilir. Əlbəttə, ürəyimdə komandamızın qalib gəlməsini istəyirəm, amma rasional yanaşsaq, ehtiyatlanmalıyıq".   

Nihat

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri