Icma.az
close
up
RU
“Aris”in baş məşqçisi: “Cavab oyunu fərqli olacaq”

“Aris”in baş məşqçisi: “Cavab oyunu fərqli olacaq”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Aris”in baş məşqçisi Marinos Ouzounidis Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ilk oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra oyuna nəzarəti itirdik. Daha soyuqqanlı oynamalı idik. Üçüncü qolu da buraxa bilərdik. Bizim üçün qəbuledilməzdir. İkinci hissədə əziyyət çəkəcəyimizi bilirdik. Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq.

– “Araz-Naxçıvan” bütün komponentlərdə sizi üstələyərək layiqli qələbə qazandı. Siz də bu fikirdəsiz?
– Bəli, razıyam.

– Bir həftə ərzində nəyisə dəyişmək mümkündür, yoxsa analizdə hansısa səhvlər buraxmısız deyə, artıq gecdir?
– Cavab görüşü tamamilə fərqli olacaq, görəcəksiniz.

– Nəyə ümidlisiz?
– İkinci oyunda daha yaxşı olacağıq. Bir həftə vaxtımız var. Fiziki cəhətdən bəzi oyunçuların vəziyyəti yaxşı deyildi. Ona görə belə halları gözləyirdik. Təcrübəli oyunçularımız var. Onların yaxşı reaksiya verəcəyini gözləyirəm. Buraxılan qollarda səhvlərə imza atdıq.

– Futbolçularınız kobud davranış göstərirdi. Bu, sizin oyun stilinizdir, yoxsa uduzurdunuz deyə, belə davranırdınız? Üstəlik, bu məqam cavab görüşündə futbolçularınıza psixoloji cəhətdən necə təsir edəcək?
– Biz rəsmi oyun oynayırıq. Bu da normal haldır. İkinci oyunda soyuqqanlı olmalıyıq. İşləyəcəyimiz detallar var.

– “Araz-Naxçıvan”ın avrokuboklarda debütant olması sizə çətinlik yaşatdı…
– Məncə, böyük problem komandamızda idi. Rəqibin necə oynayacağını bilirdik. Daha böyük problem bizim komandada idi. Birinci oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Cavab görüşündə azarkeşlərimizlə birlikdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 İyul 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri