ARKA müsabiqə elan etdi
Icma.az bildirir, Azvision portalına istinadən.
Müsabiqə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə, vətənpərvərlik ruhunun formalaşmasına təsir göstərən, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin nümayəndələrinin dəstəklənməsi məqsədi ilə həyata keçirilir.
Müsabiqəyə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən tammetrajlı bədii film layihələri təqdim oluna bilər.
Layihələr məşhur xadimlərin həyatı, tariximiz, nağıl və ya dastanlarımızın motivləri, mədəni irsimiz, Azərbaycan tarixində iz qoyan qadınlar, Vətən müharibəsi, ailə dəyərləri və demoqrafik problemlərlə bağlı mövzularda olmalıdır. Həmçinin uşaq filmləri və musiqili janrda filmlər müsabiqədə iştirak edə bilər.
Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Müsabiqəyə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən tammetrajlı bədii film layihələri təqdim oluna bilər.
Layihələr məşhur xadimlərin həyatı, tariximiz, nağıl və ya dastanlarımızın motivləri, mədəni irsimiz, Azərbaycan tarixində iz qoyan qadınlar, Vətən müharibəsi, ailə dəyərləri və demoqrafik problemlərlə bağlı mövzularda olmalıdır. Həmçinin uşaq filmləri və musiqili janrda filmlər müsabiqədə iştirak edə bilər.
Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.
Baxış sayı:87
Bu xəbər 21 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















