Arktik hava kütlələrinin hərəkəti tam dayanmayıb KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər havaların isti keçməsinin əsas səbəbi Aralıq dənizi üzərindən gələn isti cənub hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a ekoloq Sadiq Həsənov bildirib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın 3 gündə Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Sadiq Həsənovun sözlərinə görə, bu hal mövsüm baxımından o qədər də arzuolunan sayılmır:
“Qış ayları hələ başa çatmayıb. Fevralda havaların erkən mülayimləşməsi bitkilər və ağaclar üçün aldadıcı təsir göstərə bilər. Günəş şüalarının təsiri ilə torpaq tez oyanır, vegetasiya prosesi başlayır, bitkilərin qidalanması və inkişaf mərhələsi aktivləşir. Bu proses, adətən, mart ayından başlayır”.
Ekspert bildirib ki, əgər istilər davam etsə, bitkilər erkən çiçəkləyə və inkişaf mərhələsinə keçə bilər:
“Hazırda Arktik hava kütlələrinin hərəkəti tam dayanmayıb. Şərqi Avropa və Rusiyanın şimal-şərq istiqamətindən, o cümlədən Sibir və Xəzər dənizi üzərindən daxil olan soyuq hava axınları qısa müddətdə temperaturun enməsinə səbəb ola bilər. Kəskin temperatur dəyişikliyi xüsusilə çiçəkləmə mərhələsinə keçmiş bitkilərə mənfi təsir göstərə, onların inkişafında problemlər yarada bilər. Bu baxımdan, hazırkı istilər mövsümə uyğun sayılmır və müəyyən risklər yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Fevral 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















