Arne Slot: Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Qalatasaray"ı 4-0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldikdən sonra açıqlamalar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:
"Başdan sona qədər çox yaxşı oynadıq. Çox yaxşı hücum etdik. Stadionda enerji çox yüksək idi. Oyunçular və azarkeşlər arasında böyük dinamizm var idi. Bu gün fantastik bir oyun keçirdik. Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi. Futbol belə oynanılmalıdır. Oyunçularımız səviyyələrinin düşmədiyini göstərdilər. Həmçinin göstərdik ki, hələ də bu səviyyədə çıxış edə bilərik. Buna ötən mövsümün bir çox dövründə nail olduq. Bugünkü performansdan məmnunam, amma bunu Avropada daha çox göstərməli və ardıcıllıq tapmalıyıq. İnsanları məyus etmək istəmirəm, amma bu performansı təkrarlamaq çətin olacaq."
Fərid
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 Mart 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















