Arşavin: “Yamal heç vaxt Messi kimi olmayacaq”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin “Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamalın “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə müqayisəsi barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Andrey Arşavin bu barədə "YouTube" layihələrinin birinə açıqlamasında bildirib.
Arşavindən Yamalın niyə heç vaxt Messi səviyyəsinə çata bilməyəcəyi soruşulub. Cavabında Arşavin Yamalın Messi ilə müqayisədə daha az istedada malik olduğunu deyib.
19 yaşlı futbolçuda nəyin çatışmadığı ilə bağlı suala isə Arşavin belə cavab verib:
“Topla davranışı və futbol düşüncəsi. Bunlar çatışmır”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında İspaniya Messinin kapitanı olduğu Argentina millisini 1:0 hesabı ilə məğlub edib.
Baxış sayı:59
Bu xəbər 23 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















