Arsenal 55 il əvvəlki rekordunu təkrarlayıb
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İngiltərənin "Arsenal" klubu 55 il əvvəlki rekordunu təkrarlayıb.
"Cebheinfo.az" "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Atletiko"nu məğlub etməklə (1:0) nail olub.
Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. "Arsenal" 1970/1971 mövsümündə də 41 qələbəyə çatıb. "Topçular" həmin vaxt FA Kubokunu qazanmışdı.
Xatırladaq ki, ilk qarşılaşmada "Atletiko" ilə heç-heçə (1:1) edən kollektiv qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. "Arsenal" hazırda İngiltərə Premyer Liqasında 76 xalla liderdir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 06 May 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















