Arsenal dan İtaliyada casusluq: Arteta yeni hücumçusunu tapdı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Arsenal"ın skautları İtaliya A Seriyasındakı son "Derby d'Italia" matçında "İnter"in gənc forvardı Françesko Pio Espositonu xüsusi olaraq izləyiblər.
Fanat.Az xəbər verir ki, "Yuventus"a qarşı 3:2 hesabı ilə başa çatan dramatik qələbədə sonradan meydana daxil olaraq qol vuran 20 yaşlı hücumçu londonluları özünə heyran qoyub.
Mikel Artetanın yay transfer pəncərəsində heyəti gücləndirmək üçün Espositonu ən perspektivli namizədlərdən biri kimi gördüyü və onun üçün rəsmi təklifə hazırlaşdığı vurğulanır. Buna baxmayaraq, "İnter" rəhbərliyi öz yetirməsini Lautaro Martinesin xələfi hesab edir və onu asanlıqla satmaq niyyətində olmadığını bəyan edib.
"Topçular"ın isə italyan klubunun bu sərt mövqeyinə baxmayaraq, yayda böyük bir büdcə ilə milanlıların qapısını döyəcəyi gözlənilir.
Kamil Xudiyev
Baxış sayı:103
Bu xəbər 17 Fevral 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















