Arsenal dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Arsenal" klubu daha bir perspektivli transferə imza ataraq, gürcüstanlı gənc hücumçu Andriya Bartişvilini öz heyətinə qatıb.
Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 17 yaşlı istedadlı futbolçu ilə əldə olunan müqavilə 2027-ci ilin iyul ayından etibarən qüvvəyə minəcək. Tərəflər arasındakı bu anlaşma yalnız müvafiq tənzimləmə və sənədləşdirmə prosedurları tam yekunlaşdıqdan sonra rəsmi status alacaq.
Qeyd edək ki, müqavilə ilə "Kolxeti 1913" klubuna məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan "İberiya 1999" komandasının uğurları üçün tər tökür.
Xatırladaq ki, gələcək vəd edən Andriya Bartişvili indiyədək Gürcüstanın U-16, U-17, U-18 və U-21 yaş qrupları üzrə milli komandalarının formasını geyinib.
//oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















