Arsenal DÇ 2026 da penaltini qaçıran futbolçuya görə 90 milyon avro ödəyəcək
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Transferin dəyərinin təxminən 90 milyon avro təşkil edəcəyi bildirilir.
28 yaşlı futbolçu London təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırıb. Onun "Arsenal" ilə beşillik müddətə sözləşmə imzalayacağı gözlənilir.
Əvvəlcə "Nyukasl" komandanın aparıcı oyunçularından biri üçün 100 milyon avro tələb etsə də, tərəflər ortaq məxrəcə gələ biliblər. Londonluların 90 milyon avroluq təklifindən sonra danışıqlar yekun mərhələyə qədəm qoyub.
Bununla belə, müqavilənin bəzi detalları, o cümlədən bonuslar və agent ödənişləri hələ yekunlaşmayıb.
Nəşrin iddiasına görə, Gimaraynşın London klubuna keçidi tamamlamaq üzrədir.
Transfer məbləğinin bir hissəsi braziliyalı oyunçunun sabiq klubu olan Fransanın "Lion" komandasına çatacaq. 2022-ci ildə futbolçunu 50 milyon avroya "Nyukasl"a satan Fransa klubu gələcək satışdan 20% pay əldə etmək hüququnu özündə saxlayıb.
Gimaraynş DÇ-2026-da Braziliya yığmasının heyətində çıxış edib. Lakin o, ən çox 1/4 finalda Norveçə qarşı keçirilən (1:2) matçda reallaşdıra bilmədiyi penalti ilə yadda qalıb.(Oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 31 İyul 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















