Arsenal Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Arsenal" Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Ayub Buaddi üçün hərəkətə keçib.
QOL.az xəbər verir ki, “Daily Mirror” nəşrinin Fransa mətbuatına istinadən yaydığı məlumata görə, danışıqlara London təmsilçisinin idman direktoru Andrea Berta rəhbərlik edir. “Topçular”ın gələn ay rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.
Bildirilir ki, Arsenal 18 yaşlı fransız futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır. Futbolçu ilə eyni zamanda “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul” və PSJ də yaxından maraqlanır.
Buaddinin transferində Arsenalın əsas rəqibi “Çelsi” hesab olunur. “Zadəganlar”ın da eyni məbləği ödəməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, məlumata görə, “Lill” rəhbərliyi futbolçunu gələn yaya qədər komandada saxlamaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Dekabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















