Arsenal ın ulduzu uzun müddətə sıradan çıxdı
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Sakanın zədəsi səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Sami Mokbel məlumat yayıb.
25 yaşlı hücumçu UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyada "Bavariya" ilə keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün ilk dəqiqələrində zədələnərək əvəzlənib.
İlkin müayinələr Sakanın budun ön hissəsində yerləşən dördbaşlı əzələsində zədə olduğunu göstərib. Lakin zədələnən nahiyədə şişkinlik səbəbindən problemin ağırlığını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən futbolçu əlavə tibbi müayinədən keçib.
"Arsenal"ın oyunçunun ən azı altı həftə, mümkün ssenaridə isə səkkiz həftəyədək meydana çıxa bilməyəcəyindən narahat olduğu bildirilir. Zədənin dəqiq ağırlığı ilə bağlı yekun qiymətləndirmə gözlənilir.
Qeyd edək ki, Saka cari mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 11 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 24 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















