Arsenal klubunun sabiq futbolçusuna bıçaqla hücum edilib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Niklas Bentnerə bıçaqla hücum edilib.
"Report" xəbər verir ki, o, daha iki tanışı ilə birlikdə ABŞ-nin Nyu-York şəhərində gəzərkən tanımadığı adamın hücumuna məruz qalıb.
Hər şey Danimarka millisinin sabiq hücumçusu üçün yaxşı bitsə də, 55 yaşlı dostu kürəyindən, üzündən və qulaqlarından ciddi xəsarət alıb.
Nyu-York polisi 25 yaşlı şübhəli şəxsi saxlayıb. O, adam öldürməyə cəhddə ittiham olunub.
Qeyd edək ki, N.Bentner 2005-2014-cü illərdə "Arsenal"ın futbolçusu olub, müxtəlif vaxtlarda icarə əsasında "Birmingem", "Sanderlend" ( hər ikisi İngiltərə) və "Yuventus"un (İtaliya) şərəfini qoruyub. 36 yaşlı keçmiş futbolçu son olaraq ölkəsinin "Kopenhagen" komandasında çıxış edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Noyabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















