Arsenal la matçda zədələnən Mbappenin son vəziyyəti bilindi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda - "Arsenal"a 1:2 hesabı ilə uduzduqları matçda "Real Madrid"in zədələnən hücumçusu Kilian Mbappenin son vəziyyəti bəlli olub.
Fanat.Az xəbər verir ki, fransalı ulduzun durumunu COPE-nin jurnalisti Migel Anxel Dias şəxsi "X" hesabında açıqlayıb.
Məlumata görə, Mbape bu gün tibbi müayinədən keçəcək və hansı müddətə kənarda qalacağı dəqiqləşəcək. Mənbə ön xətt oyunçusunun İspaniya Kubokunun aprelin 26-da keçiriləcək finalını, "Barselona" ilə görüşü buraxacağını diqqətə çatdırıb.
Xatırladaq ki, Mbappe oyunun 73-cü dəqiqəsində "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysa qarşı qaydanı pozduğu epizodda xəsarət alaraq Braim Diasla əvəzlənib.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















