Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Arsenal” PSV yə yerini göstərdi, derbidə “Real” sevindi

“Arsenal” PSV yə yerini göstərdi, derbidə “Real” sevindi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Martın 4-5-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirildi. Nəticələrə əsasən “Arsenal”, “Bavariya”, “İnter” və “Aston Villa”nın, demək olar ki, vəzifənin öhdəsindən gəldiyini deyə bilərik. Qalan cütlərdə isə intriqa cavab oyununa daşındı.

“Brügge” ÇL-in cari mövsümündə artıq istənilən rəqibə problem yaratmağa qadir olduğunu göstərib. Elə “Aston Villa” da Belçikada əziyyət çəkdi. Erkən qol vurmalarına baxmayaraq – artıq 3-cü dəqiqədə Beyli hesabı açdı. “Qara-göylər” tezliklə bərabərliyi bərpa etdi. De Kuyper də uzaq küncə bilyarddakı qədər dəqiq zərbə vurdu. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun ilk yarısında başqa qol olmadı. 2-ci hissənin əvvəlində komandalar daha ehtiyatlı oynamağa başladı. Ancaq Emerinin 4-cü dəyişikliyindən sonra oyun yenidən açıq xarakter aldı.
68-ci dəqiqədə Asensionun əlverişli mövqedən zərbəsinin qarşısını Minyole aldı. “Brügge”nin cavab hücumunda Vanakenin baş zərbəsi dirəyin bir neçə santimetrliyindən keçdi. Tezliklə Tsolis də yaxşı imkanı əldən verdi. Belə düşünmək olardı ki, “Brügge” qola daha yaxındı, ancaq sonda uğur qonaqların üzünə güldü. 83-cü dəqiqədə qapıçı meydançasına asmanın qarşısını almaq istəyən Mexele topu öz qapısına göndərdi. Ardından Tsolisin səbəbkar olduğu penaltini Asensio dəqiq yerinə yetirdi. “Aston Villa” cəmi 5 dəqiqə ərzində inamlı qələbəni reallaşdırdı, hərçənd oyunun məntiqi axarı belə nəticədən xəbər vermirdi. “Brügge” uzatma dəqiqələrində fərqi minimuma endirmək şansını da qaçırdı. Nəticədə Emerinin komandası 1/4 finala vəsiqə yolunda inamlı addım atdı. Bununla belə, “Brügge”nin Birmingemdə sona qədər döyüşəcəyi də şübhə doğurmur.
“Borussiya” ilə “Lill” qalibin müəyyənləşməsini Fransadakı cavab görüşünə saxladı. Onsuz da bu cütlə bağlı proqnoz vermək əvvəldən çətin idi. Oyun da bunu göstərdi. İlk yarıda daha üstün təsir bağışlayan dortmundlular topa nəzarət etdi və hissənin ortalarında hesabı açdı. Künc zərbəsindən sonra səkən topa yiyələnən Adeyemi fərqləndi. Meydan sahiblərinin qol vurmaq üçün başqa imkanları da oldu, ancaq Girassi ilə Şlotterbekdə dəqiqlik çatmadı. “Lill” ilk yarıda yaradıcı oyun göstərmək baxımından çətinlik çəkirdisə, Jenezionun fasilədə yetirmələrinə dediyi sözlər işə yaradı. 2-ci hissədə artıq “şimallı itlər” daha fəal görünürdü. Onlar inamla topu özündə saxlayır, hücumlar qururdular. Odu ki, bərabərlik qolu heç kimi təəccübləndirmədi. Devidin möhtəşəm ara ötürməsi ilə təkbətək çıxan Haraldsson Kobeli məyus etdi. Ardından dəyişikliklər məqamı yetişdi, sadəcə, məşqçilərdən heç biri bu yolla oyunu canlandıra bilmədi. Komandalar final fitinə qədər təhlükəli vəziyyət yaratmadı. Təbii ki, səfər heç-heçəsi “Lill”ə müəyyən üstünlük qazandırır, hərçənd favoriti müəyyənləşdirmək hələ də çətindi. Hər şey cavab oyununda bilinəcək.
PSV “Arsenal”la ev oyununda acınacaqlı duruma düşdü. Eyndhovendəki oyun ərəfəsində əksər azarkeşlər “topçular”ın hücum xəttindəki problemlərə görə belə qələbəni proqnozlaşdıra bilməzdi. Amma kadr qıtlığı PSV-ni meydanda sürüyən qonaqlar üçün heç bir problem yaratmadı. Raysın qolu ofsayd üzündən sayılmasa da, tezliklə Timberlə Nvaneri ardıcıl qollar vurdu. Yarım saatın sonunda isə Merino fərqi darmadağın həddinə çatdırdı. Fasiləyə az qalmış penalti hesabına fərqi azaldan Lanq həm də eyndhovenliləri 2-ci hissə üçün ümidləndirdi. Amma... PSV 1-ci hissədə zaman-zaman hücumlar qururdusa, 2-ci hissə bu komanda üçün faciəvi alındı. Edeqorla Trossar hissə başlayan kimi fərqləndi. Edeqor sonradan dublunu rəsmiləşdirdi, hətta 85-ci dəqiqədə Kalafyoriyə məhsuldar ötürmə də verdi. Bununla da cütün taleyi həll olundu.
Təbii ki, çərşənbə axşamı “Real” – “Atletiko” oyunu daha böyük maraq doğururdu. Meydan sahibləri hesabı çox tez açdı: Valverdenin ötürməsindən sonra cinahla irəliləyən Rodriqo bir qədər sola meyilləndi, cərimə meydançasına daxil oldu və qarşısıalınmaz zərbə vurdu. Az sonra braziliyalı Qalanla mübarizədə penalti qazanmağa da yaxın oldu. “Hindular”ın heyətində Simeone daha fəal görünürdü. Amma cavab qolunu o yox, Kamavinqanın nəzarətindən yayınan və qapının uzaq küncünə möhtəşəm zərbə endirən Alvares vurdu. 2-ci hissənin əvvəlində “Atletiko” daha yaxşı təsir bağışlasa da, yenə də “Real” fərqləndi. Mendidən ötürmə alan Dias fintlərlə müdafiəçilərin başını gicəlləndirib, uzaq küncü “nişan aldı”.
Qonaqlar buna Qrizmannın zərbəsi ilə cavab verdi. Kurtua barmaqlarının ucu ilə topu qaytara bildi. Dieqo Simeone dəyişikliklərlə oyunu canlandırdı, heç-heçə ümidi ilə futbolçularını irəli səslədi. Ancaq onun yetirmələri sonda hücum dalğası təşkil edə bilmədi. Əksinə, Mbappenin cərimə meydançasına ötürməsi Vinisiusa çatsaydı, “Real” 3-cü qolu da vuracaqdı.
1/8 final, ilk oyunlar
Brügge – Aston Villa 1:3 (1:1)

Brügge (Belçika): Minyole, Sabbe (Skuras, 90), Ordonyes, Mexele, De Kuyper, Onyedika (Vetlesen, 90+1), Yaşari, Talbi (Sike, 85), Vanaken, Tsolis, Xutqla (Nilsson, 86).
Aston Villa (Birmingem, İngiltərə): Martines, Konsa, Disasi (Keş, 64), Minqs, Din, Makqinn (Remzi, 64), Tilemans, Beyli (Kamara, 64), Rocers, Reşfors (M.Asensio, 64), Uotkins (Boqard, 90+1).
Qollar: Beyli, 3 (0:1). De Kuyper, 12 (1:1). Mexele, 82-öz qapısına (1:2). Asensio, 88-p. (1:3).
Hakim: Joao Pinyeyro (Portuqaliya).
4 mart. Brügge. 26890 tamaşaçı.
Borussiya D – Lill 1:1 (1:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Ryuyerson (Kouto, 82), Can, Şlotterbek, Svensson (Bensebayni, 83), Zabitser, Qross, Adeyemi, Brandt (Reyna, 83), Gittens (Bayer, 66), Girassi.
Lill (Fransa): Şevalye, Menye, Dyakite, Aleksandro, İsmaili (Bakker, 77), Andre, Buaddi, E.Mbappe (Fernandes-Pardo, 71), Mukau (Qomeş, 77), Haraldsson, Devid.
Qollar: Adeyemi, 22 (1:0). Haraldsson, 68 (1:1).
Vərəqələr: Can, 61. Qross, 90+3 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
4 mart. Dortmund. 81365 tamaşaçı.
PSV – Arsenal 1:7 (1:3)
PSV (Eyndhoven, Niderland): Benites, Ledesma (Karsdorp, 65), Flaminqo (Naqalo, 46), Boskalyi (Obispo, 82), Malasiya, Shauten, Saybari (Veerman, 82), Perişiç, Til, Lanq, L.de Yonq (Bakayoko, 65).
Arsenal (London, İngiltərə): Rayya, Timber (Uayt, 77), Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 35), Parti (Zinçenko, 71), Rays, Edeqor, Nvaneri (Sterlinq, 71), Merino (Tirni, 77), Trossar.
Qollar: Timber, 18 (0:1). Nvaneri, 21 (0:2). Merino, 31 (0:3). Lanq, 43-p. (1:3). Edeqor, 47 (1:4). Trossar, 48 (1:5). Edeqor, 73 (1:6). Kalafyori, 85 (1:7).
Vərəqələr: Lüis-Skelli, 24. Parti, 42. Timber, 69. Malasiya, 89 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
4 mart. Eyndhoven. 34400 tamaşaçı.
Real – Atletiko 2:1 (1:1)
Real (Madrid, İspaniya): Kurtua, Valverde (Vaskes, 82), R.Asensio, Rüdiger, Mendi, Rodriqo, Çuameni, Kamavinqa (Modriç, 62), Dias (Endrik, 89), Mbappe, Vinisius.
Atletiko (Madrid, İspaniya): Oblak, M.Lyorente, Ximenes, Lanqle, Qalan, Simeone (Molina, 64), Barrios (Sörlot, 75), De Paul (Korrea, 75), Lino (Qallaher, 64), Alvares, Qrizmann (Le Norman, 71).
Qollar: Rodriqo, 4 (1:0). Alvares, 32 (1:1). Dias, 55 (2:1).
Vərəqə: Dias, 56 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
4 mart. Madrid. 77261 tamaşaçı.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Çətin oldu. Yaxşı başladıq, ardından Alvares əla qol vurdu. Hədəf hesabda kiçik üstünlüyə nail olmaq idi ki, bunu da bacardıq. Komandam yorulmadan çalışdı, yaxşı müdafiə olundu. “Atletiko” zaman-zaman oyuna nəzarət etdi, ancaq çoxlu qol vəziyyəti yaratmadı. Futbolçularım, demək olar ki, oyunboyu yığcam oyun göstərdi”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Taktiki mübarizə getdi, komandaların hər biri imkanlardan yararlanmağa çalışdı. “Real” yaxşı başladı, əla qol vurdu. Belə erkən qol buraxan komanda bəzən qorxuya düşür, amma bizdə belə olmadı. Əksinə, oyuna nəzarəti ələ aldıq, meydanın rəqibə aid hissəsinə keçməyə başladıq. İkinci hissəyə də eyni şəkildə başladıq. Ancaq Dias əla oynadı, oyunun taleyini müəyyənləşdirdi. “Real”ın qollarını önləyə bilərik. Nəticədə indi vəziyyət rəqibin xeyrinədi”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Uşaqlara görə sevinirəm. Son iki oyunda qol vura bilməmişdik, bunun ətrasında əməlli-başlı səs-küy qalxmışdı. Çox sevdiyimiz, uzun illər ərzində darıxdığımız turnirdə səfər oyununda böyük nəticəyə nail olduq. Gerçəkdən bizim üçün xüsusi gecə oldu”.


Peter Boş, PSV-nin baş məşqçisi:

“Bizim üçün qorxunc gecə oldu. Heç bir şansımız qalmadı. Heç də ən yaxşı oyunumuzu göstərə bilmədik, “Arsenal” isə parlaq təsir bağışladı. Kimdi günahkar? Yəqin ki, mən və oyunçular. Heç vaxt bu hesabla uduzacağımızı düşünə bilməzdim. Komanda hədsiz məyusdu. Vacib məqam odu ki, çempionatda ayağa qalxa bilək. Bu oyunu təhlil edəcək, futbolçularla danışacam. Belə acı məğlubiyyətdən sonra onları dəstəkləmək lazımdı”.


Niki Hayen, “Brügge”nin baş məşqçisi:

“Bu gün effektli oyundakı və imkanların qola çevrilməsindəki fərq hər şeyi həll etdi. Bizim hücumlarımız daha təhlükəli olsa da, qələbəni “Aston Villa” qazandı. Artıq səfərdə iki qol vurmaq lazımdı. Ancaq bu gün rəqib edəni bacarsaq, erkən qol vursaq, onda hər şey mümkündü”.


Unay Emeri, “Aston Villa”nın baş məşqçisi:

“Biz Çempionlar Liqasında oynayırıq, burda hər oyun çətindi. Çox vacib qələbə qazandıq. “Brügge” gücünü göstərdi, çox ciddi pressinq etdi, ancaq biz də parlaq mübarizə apardıq. Məhz döyüşmək bacarığı hesabına qələbə qazandıq. Oyunçular bir an da qələbədən başqa nəticəni düşünmədilər. Cavab görüşündə uğuru inkişaf etdirməyə çalışacağıq. Həmin oyun üçün yeni planımız olacaq, meydanda dominantlıq etməyə çalışacağıq. “Brügge” səfərdə “Atalanta”ya qalib gəlib, bundan xəbərdarıq".


Niko Kovaç, “Borussiya”nın baş məşqçisi:

“Bu gün çox fərqli iki hissə izlədik. Fasiləyə qədər yaxşı oynasaq da, fasilədən sonra hədsiz passiv idik. Belə yaxşı rəqiblə top uğrunda yaxşı mübarizə aparmamağın əvəzini 2-ci hissədə ödədik, qol buraxdıq. Bu, Çempionlar Liqasının 1/8 final oyunu idi, bu mərhələdə artıq zəif rəqib yoxdu. Növbəti mərhələyə adlayacağımıza ümid edirəm”.


Bruno Jenezio, “Lill”in baş məşqçisi:

“Bu gün yaxşı oyun keçirdik, xüsusən də 2-ci hissədə. 1:1 hesablı heç-heçə cavab görüşü ərəfəsində bizi bir qədər yaxşı vəziyyətə gətirdi. Ancaq 1/4 finala çıxmaq istəyiriksə, evdə çox keyfiyyətli oyun göstərməli olacağıq”.


Faktlar
* “Real” təsnifat mərhələlərini də nəzərə alsaq, ÇL-də (əvvəlki adı Çempionlar Kuboku) 500-cü oyununu keçirdi. “Real” turnirin tarixinə bu həddə çatan 1-ci klub kimi düşdü. Madridlilər bu oyunların 302-də qələbə qazanıb, 85-də heç-heçə edib, 113-də uduzub. Onu da xatırladaq ki, “Real” turnirin 15 qat qalibidi.
* PSV-ni darmadağın edən “Arsenal” İngiltərə klubları üçün bu turnirdə səfər oyunlarında vurulan qol sayı baxımından yeni rekord müəyyənləşdirdi. İndiyə qədər premyer-liqanın heç bir təmsilçisi səfərdə 7 qol vura bilməmişdi. Bundan başqa, “Arsenal” 2005/06 mövsümündən bəri ilk dəfə ÇL-in bir turnirində ardıcıl 5 oyunda qələbə qazandı.
* “Arsenal” bu nəticə ilə həm də ÇL-in bütün tarixi üçün yeni bombardirlik rekordu müəyyənləşdirdi. İndiyə qədər ÇL tarixində heç bir komanda pley-offun səfər oyununda 7 qol vura bilməmişdi. Yalnız 2020-ci ildə bu turnirin 1/4 final mərhələsi çərçivəsində Lissabonda keçirilən “Barselona” – “Bavariya” oyunun (2:8) xatırlatmaq olar ki, onda da koronavirus pandemiyasına görə pley-off bir oyundan ibarət idi, həmin oyun da neytral meydanda keçirilirdi.
* 17 yaş 348 günlüyündə meydana çıxan Nvaneri “Arsenal”ın tarixinə ÇL-in pley-offunda görünən ikinci ən gənc oyunçu kimi düşdü. Bu mənada rekordçu londonluların sabiq yarımmüdafiəçisi Sesk Fabreqasdı (17 yaş 309 gün). PSV ilə oyunda fərqlənən Nvaneri həm də turnirin pley-offunda qol vuran 3-cü ən gənc oyunçu kimi düşdü. O, yalnız Cud Bellingemlə (17 yaş 289 gün) Boyan Krkiçdən (17 yaş 217 gün) geri qalır.
* 1:7 hesablı məğlubiyyət PSV-nin avrokublarda çıxış tarixinin antirekordudu. Ümumiyyətlə, Niderland klubu 21-ci əsrdə bütün turnirlər çərçivəsindəki ən ağır məğlubiyyətini aldı.
* Marko Asensio ÇL-in tarixinə sonradan oyuna qoşulmaqla ikirəqəmli qol həddinə çatan ilk futbolçu kimi düşdü. “Brügge” ilə oyunda penaltini qola çevirən ispaniyalı yarımmüdafiəçi sonradan meydana çıxdığı hallarda 10-cu qolunu vurdu. Ümumiyyətlə, o, qitənin ən nüfuzlu klub turnirində 13 dəfə fərqlənib.
* Kurtuanın qapısına yol tapan Alvares “Atletiko”nun iki forvardının “kral klubu” ilə 21-ci əsrdəki duellərində qeydə alınan statistik uğurunu təkrarladı. Belə ki, argentinalı hücumçu “Atletiko”nun yeni əsrdə bütün turnirlər çərçivəsində “Santyaqo Bernabeu”da keçirilən ardıcıl iki derbidə fərqlənən 3-cü oyunçusu oldu. Ona qədər uruqvaylı Dieqo Forlan (2010) və fransalı Antuan Qrizmann (2017) bunu bacarıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri