“Arsenal” və “Çelsi” “Korintians”ın yarımmüdafiəçisi ilə maraqlanırlar
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Arsenal” “Korintians”ın 20 yaşlı yarımmüdafiəçisi Breno Bidonla müqavilə imzalamaq üçün ilkin danışıqlar aparıb, lakin “Çelsi” bu məsələyə müdaxilə edə bilər.
İdman.Biz bu barədə “Caught Offside”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, hazırda “topçular” braziliyalı futbolçunu transfer etməyə ən yaxın mövqedədirlər. “Korintians” güclü danışıqlar mövqeyindədir, çünki Bidonun müqaviləsində 100 milyon avroluq sərbəst qalma bəndi var. Lakin San Paulo klubu yarımmüdafiəçinin perspektivləri barədə real düşünür və yayda onu 30 milyon avroya satmağa razı ola bilər.
Bidon 2024-cü ilin mart ayından bəri “Korintians”ın əsas komandasında oynayır. Bu müddət ərzində braziliyalı bütün yarışlarda 107 oyunda meydana çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin sonuna qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 14 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:202
Bu xəbər 06 Fevral 2026 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















