“Arsenal” yarımmüdafiəni “Vest Hem”in oyunçusu ilə gücləndirmək istəyir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Londonun “Arsenal” klubu qarşıdan gələn yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
İdman.Biz-in “The Times”a istinadən məlumatına görə, klub artıq “Vest Hem Yunayted”dən 21 yaşlı portuqaliyalı yarımmüdafiəçi Mateuş Fernandeşin nümayəndələri ilə danışıqlara başlayıb.
Mənbənin məlumatına görə, Fernandeşin bu mövsümkü çıxışı “Arsenal”ın məşqçilər heyətini heyran edib. “Vest Hem”in Çempionşipə düşməsi potensialı ilə “Arsenal” bu müqaviləni uğurla başa vurmaq imkanına malikdir.
Mateuş Fernandeş bu mövsüm “Vest Hem”də 36 oyunda iştirak edib, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 35 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:“Vest Hem”in Sterlinq planı
05 Avqust 2025 23:13
Vest Hem in yarımmüdafiəçisi komandadan ayrılmaq istəyir
13 Yanvar 2026 09:21
“Vest Hem” Kuperi istəyir
28 İyul 2025 13:20
Qarabağ ın rəqibi Vest Hem in oyunçusu ilə gücləndi
28 İyul 2025 12:46
“Marsel”in hücumçusu “Vest Hem”in radarında
15 Yanvar 2025 23:28
Baxış sayı:125
Bu xəbər 14 May 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















