“Arsenal“ın avrokuboklardakı ilk qol vuran müdafiəçisi vəfat etdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Billi Makkallou dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, əslən Şimali İrlandiyadan olan müdafiəçi 90 yaşında dünyasını dəyişib.
Makkallou karyerasının 1958-1966-cı illərini London təmsilçisinə həsr edərək pərəstişkarlarının yaddaşında dərin iz buraxıb. Bu illər ərzində o, "Arsenal"ın heyətində ümumilikdə 268 rəsmi matçda yaşıl meydançaya çıxıb.
Billi Makkallou 1963-cü ildə "Arsenal"ın avrokuboklarda debüt edən tarixi heyətində yer alaraq adını klubun salnaməsinə yazdırıb. Bununla yanaşı, o, London klubunun tarixində Avropa turnirlərində rəqib qapısına yol tapan ilk müdafiəçi kimi yaddaşlara həkk olunub.
1966-cı ildə "Arsenal"la yollarını ayıran idmançı daha sonra karyerasını "Milluoll", "Bedford Taun", "Kork Seltik" və "Derri Siti" kimi klublarda davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 14 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















