“Arsenal”ın hücumçusu ciddi zədələndi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin “Arsenal” klubunun futbolçusu Bukayo Saka UEFA Çempionlar Liqasının “Bavariya” ilə oyununda zədələnib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Münxendə keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün 10-cu dəqiqəsində zədələnən 25 yaşlı hücumçu Ebereçi Eze ilə əvəzlənib.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Sakanın zədəsinin narahatlıq doğurduğunu bildirib: “Onun vəziyyəti ilə bağlı bir qədər narahatlıq var. Kəskin ağrı səbəbindən oyunu tərk etmək məcburiyyətində qalan futbolçu ilə bağlı bu, heç yaxşı xəbər deyil. Lakin vəziyyətin necə olacağını gözləməliyik”.
Xatırladaq ki, Bukayo Saka son aylarda zədə ilə bağlı problemlər yaşayıb. O, Axilles vətərinin zədəsi səbəbindən ötən mövsüm bir sıra oyunları buraxıb.
Qeyd edək ki, “Arsenal” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar 2027-ci il yanvarın 27-də - turnirin VIII turu çərçivəsində qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Oktyabr 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















