Arsenalla görüşdə iki penaltini dəf edən Altay Bayındır rekorda imza atıb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır "Arsenal"la matçdakı çıxışı ilə tarix yazıb.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb.
Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.

Altay Bayındır zədəsini sağaldıb
20 Fevral 2025 13:38
Altay Bayındır “Mançester Yunayted”də xoşbəxt deyil
19 Dekabr 2024 13:59
Altay Bayındır Mançester Yunayted i London klubuna dəyişə bilər
01 Mart 2025 06:05
Arsenalla oyunun türk qəhrəmanı nə danışdı?
13 Yanvar 2025 14:40
Erlinq Holand Qazaxıstan millisi ilə görüşdə rekorda imza atıb
18 Noyabr 2024 14:36

