Icma.az
close
up
RU
Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?

Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Son vaxtlar metroda gedişhaqqının artırılmasına rəğmən keyfiyyətin daha da pisləşməsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. İnsanlar haqlı olaraq sual edirlər: əgər gedişhaqqı artıbsa, xidmətin keyfiyyəti niyə eyni yerdədir, hətta geriləyir?

Havanın hələ də isti keçdiyini nəzərə alsaq, metro vaqonları sanki buxar otağını xatırladır. Havalandırma sistemi ya zəif işləyir, ya da ümumiyyətlə hiss olunmur. Üstəlik qatarlar gecikirsə, bu, vəziyyəti daha da xaotikləşdirir.

Məhz ötən gün metronun "Qara Qarayev" stansiyasında səhər saatlarında qatarın təxminən 8 dəqiqəyə yaxın stansiyaya gəlməməsi də sakinlərin narazılığına səbəb olub.

Sərnişinlərin evdən işə, işdən isə evə tələsdiyi, qatarda insan selinin olduğu vaxtda, qapıları bağlanan qatarın 2-3 dəqiqə sonra hərəkət etməsi də narazılıq yaradan məqamdır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qatarların stansiyalarda 2-3 dəqiqə gözləməsinə münasibət bildirib.

"Bizdə ən ağır sahə "Dərnəgül"-"Nizami" sahəsi hesab olunur, çünki metronun "Nizami" stansiyası ilə "İnşaatçılar" stansiyası arasındakı xətdə xüsusi maililik var. Buna 60 millik maililik deyirik. Metroda normalda 40 millik maililik ola bilir. Bu da hündürlüyün qalxma bucağı ilə əlaqədardır, 60 mil olduğu üçün xüsusi zona sayılır. Məsələn, "Nizami" stansiyasını qatar tərk etməmiş "Elmlər Akademiyası" stansiyasını qatar tərk etmir. Qatar hansısa stansiyada 30 saniyə gözləyirsə, digərində də 30 saniyə gözləməlidir. Buna birbaşa hərəkətə sistem icazə vermir. 2-3 dəqiqəlik gözləmə bununla əlaqədar ola bilər. Metronun "Qara Qarayev" stansiyasında baş verən gecikmənin səbəbi ilə bağlı araşdırıldıqdan sonra nəsə demək olar, çünki həmin stansiyada bu qədər gecikmənin olması gözlənilən deyil".

O həmçinin qeyd edib ki, interval azaldıldıqdan sonra kondisaner olmayan qatarların xəttə olması mümkündür:

"Zəmanətli qatarlar var, onun müdaxiləsini istehsalçı şirkət edə bilər. İntervalın azaldılması o deməkdir ki, biz o qatarlardan bir-iki dövrə istifadə etməliyik. Kondisanerli qatarlar isə 12-20 saat xətdə olur. Bu vaxt kondisanerdə hər hansı problem yaşanıbsa, qatar öz dövriyyəsini tamamlamamış xətdən çıxarılmır. Ehtiyat qatar buraxılır, tənzimləmə aparılır, qatar reysdən çıxarılmağa hazırlanır. Bəzən isə həmin qatarların xətdə saxlanma məcburiyyəti yaranır. Bu da müvəqqətidir, 6 yeni qatar gəlib, onlar xəttə buraxılanda vəziyyət daha da tənzimlənəcək. Habelə gələn ildən xətlərin ayrılması işlərinə də başlanacaq. Bu iki ayrı xətt olacaq. Məsələn, "Dərnəgül" stansiyasında problem yaranarsa, bunun "Əhmədli" stansiyasına, "İçərişəhər" stansiyasına heç bir aidiyyəti olmayacaq".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri