Icma.az
close
up
RU
Artemis II missiyasının uçuş sınaqları başlayıb

Artemis II missiyasının uçuş sınaqları başlayıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Artemis II missiyasında istifadə oluncaq "Space Launch System" (SLS) daşıyıcısının yanacaq doldurulmasının ikinci test mərhələsi üçün geri sayım başlayıb və fevralın 20-si saat 05:30-da testə start verilib. Birinci yoxlama zamanı hidrogen sızması və digər texniki nasazlıqlar qeydə alınmışdı. Kosmik gəminin hazırlıq prosesinin canlı yayımı yanvarın 27-dən etibarən YouTube platforması üzərindən təqdim olunur.

Yanvarın 23-də NASA-nın Artemis II missiyasının ekipajı rəsmi olaraq karantinə yerləşdirilib. Astronavtlar Hyustonda yerləşən Conson  Kosmik Mərkəzində xüsusi hazırlıq mərhələsinə başlayıblar və Artemis II simulyatorunda məşqlər aparırlar. Missiyada dörd astronavt - Reyd Uayzman, Kristina Kox, Ceremi Hansen və Viktor Qlover iştirak edir. Qaydalara əsasən, astronavtlar uçuşa təxminən 14 gün qalmış karantinə alınır. Bu prosedur həm sağlamlıq risklərini minimuma endirmək, həm də orqanizmin uçuş şəraitinə uyğunlaşmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, 1972-ci ildə başa çatan Apollo proqramından sonra Artemis proqramı insanlı Ay uçuşlarını yenidən bərpa etməyi hədəfləyir. Baxmayaraq ki, Artemis II missiyası insanlı uçuş olacaq, lakin bu mərhələdə Ay səthinə eniş nəzərdə tutulmur. Ümumi uçuş müddəti 10 gün olacaq bu missiyanın əsas məqsədi ekipajlı uçuş zamanı bütün sistemlərin sınaqdan keçirilməsidir. Aya enişin isə növbəti missiyalarda - 2027 və ya 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.  

Astronavtlar "Space Launch System" (SLS) daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq və Orion kosmik gəmisində Ay ətrafında uçuş həyata keçirəcəklər. Orion kosmik gəmisində 2022-ci ildə baş tutmuş uçuşdan sonra bir sıra texniki təkmilləşdirmələr aparılıb ki, manevrlər daha təhlükəsiz və yumşaq şəkildə icra olunsun. Gəminin Ayın orbitində təxminən bir sutka qalması və Aya eniş üçün sistemlərin detallı yoxlanılması planlaşdırılır.

NASA-nın əsas hədəflərindən biri Ayın cənub qütbü yaxınlığında eniş etməkdir. Bunun səbəbi həmin bölgədə buz halında suyun mövcudluğu ehtimalıdır. Bu resurs gələcək uzunmüddətli missiyalar üçün strateji əhəmiyyət daşıyır.

Növbəti mərhələdə Ay orbitində Lunar Gateway stansiyasının qurulması nəzərdə tutulur. Bu stansiya gələcəkdə həm Ay missiyaları, həm də Mars istiqamətində planetlərarası uçuşlar üçün tranzit stansiya və Ayda aparılacaq layihələr üçün mərkəz rolunu oynayacaq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri