Arteta Premyer Liqanı qazanmasa, “Arsenal”dan göndərilə bilər
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Arsenal”ın baş məşqçisi Mikel Artetanın gələcəyi ciddi sual altındadır. London klubunda cari mövsümün yekunu ilə bağlı radikal qərarların verilməsi ehtimal olunur.
İdman.Biz “Give me Sport”a istinadən xəbər verir ki, klub rəhbərliyi Premyer Liqanın qalibi olunmayacağı təqdirdə ispan mütəxəssislə yolları ayırmağa hazırdır.
Mənbənin məlumatına görə, rəhbərlik bu cür ultimatumun əsaslı olduğunu düşünür. Mövcud heyət, maliyyə imkanları və turnir cədvəlindəki vəziyyət nəzərə alınaraq çempionluqdan başqa istənilən nəticə uğursuzluq kimi qiymətləndiriləcək.
Buna baxmayaraq, “Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. Lakin komandanın son oyunlardakı çıxışı narahatlıq doğurur. London təmsilçisi son dörd turda cəmi bir qələbə qazanıb, “Liverpul” və “Nottinqem Forest”lə heç-heçə edib, evdə isə “Mançester Yunayted”ə 2:3 hesabı ilə uduzub.
Yanvarın 31-də “Arsenal” Premyer Liqanın 24-cü turu çərçivəsində “Lids Yunayted”i məğlub etməyə nail olub. 24 turdan sonra komanda 53 xal toplayaraq turnir cədvəlinin zirvəsində qalmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Fevral 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















