Icma.az
close
up
RU
Artim Şakiri: Bu fakt “Qarabağ” üçün üstünlükdür Müsahibə

Artim Şakiri: Bu fakt “Qarabağ” üçün üstünlükdür Müsahibə

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın sabiq futbolçusu, “Vest Bromviç” və Şimali Makedoniya yığmasında kapitanlıq sarğısı daşımış Artim Şakiri apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu gün Avropa Liqasında "Elfsborq"la qarşılaşacaq. Bu matç barədə fikirlərin necədir? "Qarabağ"ın İsveçdə qalib gəlmək şanslarını necə dəyərləndirirsən?
- Avrokuboklarda bütün oyunlar çətindir, asan oyun yoxdur. Avrokuboklarda oyunlar maksimum dərəcədə konsentrasiya tələb edir. Həmçinin sərt oynamaq lazımdır. “Qarabağ” onsuz da bunları edir. Sadəcə mən tələb olunanı deyirəm. İsveç çempionatı üç həftə əvvəl başa çatıb. Bu da “Qarabağ”ın işinə yaraya bilər. Necə alınacaq, oyun vaxtı görəcəyik.

- “Qarabağ” bu mövsüm İsveçin "Malmö" klubuna uduzub. "Malmö" "Elfsborq"dan daha güclü hesab olunur...
- Bəli, elədir ki, var. “Malmö” daha da güclü komandadır və İsveç çempionudur. Bu da onu göstərir ki, “Elfsborq”dan da güclüdürlər. Amma İsveç liqasındakı bütün komandalar hər zaman sona qədər mübarizə aparırlar, heç vaxt dayanmırlar. “Elfsborq” isə İsveç liqasında yaxşı performans göstərib. Avropada da özlərini yaxşı tərəfdən göstəriblər. Bu mənada, heç nə asan olmayacaq. Amma “Qarabağ”ın şansları yüksəkdir. 

- “Qarabağ" bu oyuna itkilərlə çıxacaq, Bəhlul Mustafazadə və Kevin Medina oyunda iştirak etməyəcək. Səncə, Qurban Qurbanov müdafiənin mərkəzində hansı dəyişiklikləri etməlidir?
- “Qarabağ”ın bu oyunda oynamaq üçün heyəti var. Onlar bu görüşü yaxşı səviyyədə keçirə bilərlər. Fərqi yoxdur, kim oynadı, ya oynamadı. Bu gün start heyətində yer alacaq futbolçular da qələbə üçün oynadığını göstərməlidir. 

- “Qarabağ”ın "Elfsborq"la görüşdən sonra, FKSB və “Olimpiakos”la matçları var. “Qarabağ”ın pley-off mərhələsinə adlayacağına inanırsan?
- Mən “Qarabağ”ın bu oyunları qalib başa vuracağına inanıram. Amma komanda sona qədər oynamalı və qələbə üçün mübarizə aparmalıdır. İnanıram ki, çox çətin yol olsa da, “Qarabağ” bunu uğurla keçəcək. Təbii ki, qarşıdakı ilk görüş “Elfsborq”dur və onlar da bu matçı qalib başa vurmaq istəyəcək.

- Bayaq qeyd etdiyin kimi, İsveç çempionatının başa çatması, "Elfsborq"un rəsmi matçlarda iştirak etməməsi “Qarabağ”ın üstünlüyüdür?
- Bəli, elədir. Bu fakt “Qarabağ” üçün üstünlükdür. Amma qarşıda 90 dəqiqə və hakimin əlavə edəcəyi dəqiqələr var. “Qarabağ”ın qələbə üçün oynamaqdan başqa, itirəcəyi bir şey yoxdur. Komandaya uğurlar arzulayıram. Ümidvaram ki, onlarda hər şey yaxşı alınacaq.

"Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar" Millimizin AVRO-2026-nın əsas mərhələsindəki rəqibləri qarşılaşıb Avropa Liqası: "Qarabağ" "Elfsborq"a qarşı - YENİLƏNİR Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi II Liqa: “Şəmkir”dən darmadağın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri