Icma.az
close
up
RU
Artımlar bütün növ əmək pensiyalarını əhatə edəcək Vüqar Bayramov

Artımlar bütün növ əmək pensiyalarını əhatə edəcək Vüqar Bayramov

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Pensiya islahatlarının genişləndirilməsi və pensiya maliyyə təminatının dayanıqlığının gücləndirilməsi sosial siyasətin əsas hədəflərindədir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son illər əmək pensiyaların ödənilməsinə fond vasitəsi ilə ayrılan vəsaitlərin  həcminin dinamik artımı sosial sahədə dayanıqlı və inkluziv təminat sisteminin möhkəmləndiyindən xəbər verir:

"Əmək pensiyaları üçün ödənişlər 2021-ci ildə 4 milyard 880 milyon manat idisə, 2022-ci ildə 4 milyard 951 milyon manat, 2023-cü ildə 6 milyard 77 milyon manat, 2024-cü ildə 6 milyard 525 milyon manat və nəhayət, 2025-ci ildə 7 milyard 408 milyon manat proqnozlaşdırılır. Göründüyü kimi, 2021-ci il ilə müqayisədə pensiyaların verilməsinə illik olaraq 2 milyard 528 milyon manat daha çox vəsait ayırılıb".

Digər məqamın əmək pensiyalarının 2025-ci ildə indeksləşdirilərək artırılması ilə əlaqədar olduğunu deyən deputat vurğulayıb ki, bu məsələ ilə bağlı sosial mediada da bəzi istifadəçilər tərəfindən spekulyativ yanaşmalar var:

"Əvvəlla, bütün növ əmək pensiyaları 2024-cü ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılır. Yəni, bu il ölkə üzrə orta aylıq əmək haqqı neçə faiz artacaqsa ona uyğun gələn il əmək pensiyalar artırılacaq. Bu, bütün növ əmək pensiyalarını əhatə edəcək- yaşa görə, valdeyinlərini itirməyə görə və əlilliiyə görə əmək pensiyalarını alanlar".

V.Bayramov nəzərə çatdırıb ki, indeksiya faizini hansısa qurum müəyyənləşdirmir və bu rəsmi statistikaya uyğun olaraq orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşmadır. Bu birmənalı şəkildə pensiyaçıların sosial təminatının daha da yaxşılaşıdırılmasına yönəlik siyasətdir. 

"Nəticədə, indeksləşdirmə imkan verir ki, hər il pensiya məbləğləri orta aylıq əmək haqqı artımına uyğunlaşdırıb artırmaq mümkün olsun. Vahid indeksləşdirmə mexanizminə keçid isə bütün əmək pensiyalarının indeksləşdirilməsinə imkan yaradır".

Bildirib ki, əmək pensiyaçılarının sayını nəzərə alsaq indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın gələn ildən pensiya məbləğlərində artım qeydə alınacaq:

"Son 5 ilə nəzərə salsaq nominal orta aylıq əmək haqqındakı artım faizin həmin müddət üzrə orta iflyasiya səviyyəsini üstələyib. Deməli, əmək haqqı artımına bağlılıq vətəndaşlarımızın pensiya məbləğinin daha çox artmasına imkan yaradır. Digər tərəfdən, DSMF-in büdcəsi əsasən məcburi sosial sığorta yığımları hesabına formalaşır. Sosial sığorta yığımları həcmi isə ölkə üzrə ümumi əmək haqqı fondunun məbləğinə bağlı dəyişir. Yəni, bu o deməkdir ki, əmək haqqı fondu nə qədər çox artırsa sosial ayırmalar o qədər artır. Bu həmçinin o deməkdir ki, əmək  pensiyalarının indeksləşdirilməsinin orta aylıq əmək haqqındakı artıma indeksləşdirilməsi bir tərəfdən vətəndaşlarımız üçün daha çox pensiya artımı demək olmaqla  yanaşı, həmçinin DSMF-in dayanıqlığının qorunub saxlanmasına imkan yaradır. Yəni, fond əmək haqqı fondundakı artımlar hesabına əldə edilən yığımlar hesabına pensiyaları indeksləşdirərək fiskal dayanıqlığını qoruyub saxlayır".

Nicat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri