Icma.az
close
up
RU
Artıq 100 ildən çoxdur tikinti aparılmayan kəndlər: Onlar niyə məşhurdur?

Artıq 100 ildən çoxdur tikinti aparılmayan kəndlər: Onlar niyə məşhurdur?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin qərbində yerləşən Kotsvold təpələri gözoxşayan kəndləri, dolama küçələri, cazibədar pab və restoranları, eləcə də təbiətin qoynunda füsunkar mənzərələri ilə məşhurdur. Bu kəndlər arasında ən gözəlini seçmək çətin olsa da, turistlərin sevimliləri artıq bəllidir. 

Qaynarinfo xəbər verir ki, "Express" nəşrinin yazdığına görə, söhbət Apper Sloter və Louer Sloter kəndlərindən gedir.

Bu kəndlər uzun illərdir özünəməxsus ingilis cazibəsini qoruyub saxlayır. 2021-ci ildə "The Times" qəzeti onları Böyük Britaniyanın ən gözəl kəndləri adlandırıb. Onları birləşdirən isə Ey çayıdır - Vindras çayının qolu.

Nəşrin qeyd etdiyi kimi, "Sloters" ümumi adı ilə tanınan bu kəndlər Kotsvoldun mükəmməl və incə gözəlliyini təcəssüm etdirir. Çayın sahillərində yerləşən bu yaşayış məntəqələrində 1906-cı ildən bəri heç bir tikinti aparılmayıb.

Louer Sloter

Louer Sloter adeta bir açıqhava kartpostalı təəssüratı yaradır. Burada çayın sahilində yerli əhəngdaşından tikilmiş 16–17-ci əsrlərə aid kotteclər sıralanıb. Qızılı daş evlər səliqəli görünüşləri ilə seçilir, onların arasında isə kənd dükanları və ənənəvi pab yerləşir. Çayın üstündən keçən daş körpülər və sakit axının səsi kəndin mərkəzinə xüsusi gözəllik qatır. Kəndin diqqətçəkən yerlərindən biri də XIX əsrə aid Köhnə dəyirmandır.

Apper Sloter

Apper Sloter Louer Sloter-dən cəmi bir kilometr məsafədə yerləşir. Buradakı kotteclər 1906-cı ildə məşhur memar ser Edvard Lutiens tərəfindən yenidən layihələndirilib. Ey çayı kəndin ortasından keçərək səliqəli çəmənliklərin arasından axır, köhnə körpülər və pilləkənlər isə kənd mənzərəsini tamamlayır.

Kənddə XIX əsrdə tikilmiş metodist ibadətgahı hazırda keramika emalatxanası kimi fəaliyyət göstərir. Ən mühüm tarixi abidələrdən biri isə XII əsrə aid hissələri qorunan Müqəddəs Pyotr kilsəsidir. Ziyarətçilər burada XIV əsrə aid qurbangah tağını, daş oyma bəzəkləri və vitrajları görə bilərlər.

Beləliklə, Sloter kəndləri yalnız Böyük Britaniyanın qədim kənd həyatını qorumaqla qalmır, həm də turistlərə unudulmaz mənzərə və mədəniyyət mirası təqdim edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri