Icma.az
close
up
RU
Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb

Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq kağızdan istifadənin minimuma endirilməsi və ətraf mühitə mənfi təsirin azaldılmasını təşviq etməyə davam edir.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Həmçinin Ağdam, Bərdə, Köçərli, Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad, Göyəm və Təzəkənd dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn qaydada təşkil edilir.
Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında "ADY Mobile" mobil tətbiqi və ADY-nin rəsmi saytının payı nəzərəçarpacaq dərəcədə artıb. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 min nəfəri ötüb.
2023-cü ilin 8 ayında rayonlararası istiqamətlər üzrə biletlərin 48 faizi, 2024-cü ilin 8 ayında 65 faizi, bu ilin eyni dövründə isə 71 faiz onlayn şəkildə alınıb.
Eyni zamanda, ADY-nin 2023-2028-ci illər üçün rəqəmsallaşma strategiyasına müvafiq olaraq mərhələli şəkildə bütün xidmətlər elektronlaşdırılır. Eyni zamanda, yükdaşımaları sahəsində də artıq xidmətlər elektronlaşdırılıb, ölkə daxili yükdaşımaları isə artıq kağızsız qaydada, elektron imza ilə həyata keçirilir.
Sərnişinlər onlayn bilet satışının 7/24 aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına daha rahat və növbə gözləmədən bilet almaqla vaxtlarına maksimum qənaət edirlər.
ADY rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, hər kəsin, o cümlədən yaşlı insanların və texnologiyadan istifadə imkanları məhdud olan sərnişinlərin rahatlığını da nəzərə alır. Bu məqsədlə:
• Dəmir yolu stansiyalarında əməkdaşlarımız sərnişinlərə yerindəcə onlayn biletin alınmasında kömək göstərirlər.
• 1822 çağrı mərkəzi vasitəsilə sərnişinlərə bilet seçimi və alışında dəstək verilir.
Optimallaşdırma və daxili proseslərin təkmilləşdirilməsi
Qurum daxilində resurslardan daha səmərəli istifadə və xidmətlərin müasirləşdirilməsi məqsədilə optimallaşdırma tədbirləri həyata keçirilir. Bakı və Gəncə dəmiryol kassalarının fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, kassa əməkdaşlarının bir qismi başqa işə keçirilib, bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib.
Ümumilikdə isə daxili strukturun təkmilləşdirilməsi çərçivəsində kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Bu isə ümumi əməkdaş sayının 0,16 faizidir.
ADY-nin fəaliyyəti ilə bağlı məlumatlar yayarkən şirkətin mövqeyinin işıqlandırılmasını ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacib hesab edirik.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see197

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see182

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see146

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see139

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see137

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see136

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see129

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see126

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see126

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see124

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see123

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see122

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri