Icma.az
close
up
RU
“Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” KONKRET

“Artıq azərbaycanlılar Rusiyada qalmaq üçün daha çox düşünəcəklər” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya XİN bir neçə gün bundan bəyan edib ki, yanvarın 1-dən əcnəbilərin Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, xarici vətəndaş Rusiya sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. 

Dekabrın 28-də Azərbaycan XİN də oxşar bəyanatla çıxış edərək Rusiya vətəndaşlarının Azərbaycanda qalma müddətinin 90 günlə məhdudlaşdırılacağını bildirib. 

Bu mövzuda bir sıra ictimai müzakirələrdə əksəriyyət bu rəydədir ki, qanunvericiliyə dəyişikliklərdən daha çox əziyyət çəkən Rusiya vətəndaşları deyil, azərbaycanlılar olacaq. Çünki qonşu ölkə vətəndaşları Azərbaycana turist qismində gəldiyi halda, Azərbaycan vətəndaşları Rusiyaya əmək miqrantı kimi səfərlər edir. 

KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənovun “Yeni Sabah”a müsahibəsində bildirib:

“Rusiya hökuməti qanunsuz miqrasiya ilə mübarizənin effektiv həyata keçirilməsində maraqlıdır”.

Onun sözlərinə görə, Rusiya hökuməti miqrasiya sahəsində çox ciddi islahatlar həyata keçirir:

“Faktiki olaraq, hökumətin əsas məqsədlərindən biri qeyri-qanuni miqrasiya ilə effektiv mübarizə aparmaqdır. Rusiya hökuməti bunun üçün müxtəlif üsullardan istifadə edir. Bu üsullar arasında miqrasiya qaydalarının bir qədər sərtləşdirilməsi də yer alır.

Moskva düşünür ki, miqrasiya qanunvericiliyi sahəsində mövcud qaydalar kifayət qədər liberaldır. Bu qaydalardan istifadə etməli olan miqrantlar hansısa bir müstəvidə çalışır ki, mövcud qaydalara uyğun davranmasın. Nəticə etibarı ilə, onlar tənzimlənməyən, yaxud qeyri-qanuni miqrant statusuna düşür. Bu isə sonrakı mərhələdə hökumət üçün ciddi problemlər yaradır.

Əvvəlki qaydalara görə, şəxs 180 gün ərzində yalnız 90 gün Rusiya ərazisində qala bilərdi. Bundan sonra o, müddətinin uzadılması üçün aidiyyəti üzrə müraciət etməli idi. Təbii ki, bununla bağlı müəyyən əsaslar olduğu halda müddət uzadıla bilərdi.

Yeni qaydalara görə, bu məsələ xüsusilə 1 ilin cəmi 90 gününü əhatə edə bilər. Yəni şəxs Rusiya ərazisində yalnız 90 gün qala bilər. Bundan sonra, bir qayda olaraq, aidiyyəti üzrə müraciət etməli və onun ölkə ərazisində qalması üçün əsas varsa, qalma müddəti uzadılır.

“Bu yenilikləri Rusiyanın miqrasiya siyasətindəki sərtləşmə kimi dəyərləndirə bilərmi” sualına A. Allahverənov belə cavab verib:

“Faktiki olaraq, bəli. Eyni zamanda, yanvarın 1-dən etibarən başqa yeni qaydaların da tətbiqinin şahidi olacağıq. Bunların arasında əmək miqrasiyası, miqrant ailələrinin ümumitəhsil məktəblərində təhsil alan uşaqları ilə bağlı da qanun layihəsinin də müzakirəsi aparılır.

Bu qanuna görə, miqrant ailəsindən olan şəxs ümumtəhsil məktəbində təhsil alarkən, onun ilk növbədə, rus dili bilikləri yoxlanılır. Rus dili biliyi kifayət etdiyi halda, ümumtəhsil məktəbində təhsil almağa icazə verilir. Əks halda, həmin şəxs bu imkandan məhrum olur.

Bütün bunlar göstərir ki, Rusiya miqrantlarla bağlı çox sərt siyasət həyata keçirir”.

Deputat azərbaycanlı miqrantların yeni qaydalardan nə dərəcədə təsirlənəcəyinə xüsusi yer ayırıb:

“Bəlli məsələdir ki, Rusiyada müxtəlif mənbələrə əsasən, 2 milyondan 4 milyonadək azərbaycanlı miqrantın olduğu deyilir. Onların təqribən 2 milyona yaxını qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayır.

Təbii ki, bizim miqrantların hüquqi statuslarına təsir etməyəcək. Amma müəyyən narahatçılıqlar yarana bilər. Artıq azərbaycanlı miqrantlar Rusiyada qalmaq üçün əsaslar yaratmaq barədə daha çox düşünəcəklər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri