Icma.az
close
up
RU
Artıq başqalarının ƏDV sini vura bilməyəcəyik? Rəsmi cavab

Artıq başqalarının ƏDV sini vura bilməyəcəyik? Rəsmi cavab

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“ƏDV ilə vurduğum pulları kommunallara ödəyirdim, ancaq blok qoyuldu”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə feysbukda “Hüquqşünaslar” qrupunda kuryerlərdən biri paylaşım edib.

O bildirib ki, müştərilərin ödəniş qəbzlərinin davamlı ƏDV-sini yüklədiyi üçün indi prosesi təkrarlamasına qadağa qoyulub: “Bəzən elə olur ki, müştərilər qəbzi istəmir, bu halda ƏDV-ləri öz kartıma yükləyirəm. Aya 40-50 manat toplanır, bununla kommunallarımı ödəyirəm. Ancaq 1 həftədir ki, qəbzləri yükləmək mümkün olmur. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişəm. Qurumdan bildirildi ki, buna səbəb aylıq qazancımın ödənişləri qarşılamamasıdır”.

Sözügedən paylaşıma vətəndaşlar da münasibət bildirib. Onlar kuryerin cərimələnməsi kimi halın baş tuta biləcəyi ehtimalını vurğulayıblar. Bəzi istifadəçilər isə qeyd edib ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub.

Şəxsin başqasının ödəniş qəbzindən Əlavə Dəyər Vergisini (ƏDV) vurması ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq.  Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaf vergi münasibətlərinin formalaşdırılması və nağdsız ödənişlərin təşviqidir: “Bəzən layihədən sui-istifadə halları müşahidə olunur. Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar”.

Həmçinin qeyd olunub ki, belə hallar dəfələrlə təkrarlandıqda artıq araşdırılmağa başlanılır: “Bu, xüsusilə, sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə qəbzlərin daxil edilməsi halları müşahidə edildikdə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır. Məsələ bir-iki haldan getmir. Əgər gün ərzində əhəmiyyətli məbləğlər və xeyli sayda çeklərin vurulması müşahidə edilirsə, bu zaman nəzarətə alınır. Hər kəs bilməlidir ki, vətəndaşlara geri ödənilən bütün vəsaitlər büdcədən qaytarılır və ayrı-ayrı şəxslərin bundan sui-istifadə etməsinə yol verilə bilməz. Vətəndaşlara çatmalı olan qəbzlərin onlara təqdim edilməməsi və onlara məxsus çeklərin digər şəxslər tərəfindən öz telefonlarına sistemli şəkildə daxil edilməsi sui-istifadə halıdır. Bu, istər həmin kuryerin çeki vətəndaşa təqdim etməməsi, istər mağzalarda kassirlərin bəzi hallarda qəbzləri təqdim etməməsini də əhatə edir. Belə hallar “ƏDV geri al” layihəsinin şəffaflığına ictimai etimadın sarsılmasına səbəb ola bilər.

Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarət tədbirlərini gücləndirməkdədir və aşkar olunan pozuntularla bağlı qanunvericilik çərçivəsində tədbirlər görür. Layihənin davamlılığı və uğuru, ilk növbədə, vətəndaş məsuliyyətindən və dürüstlüyündən asılıdır. Dövlət Vergi Xidməti bütün vətəndaşları vergi intizamına riayət etməyə və bu təşəbbüsə etimadı qorumağa çağırır”.

Fidan Etibar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri