Icma.az
close
up
RU
Artıq cinayətkarları onlar da saxlaya biləcək Mühüm yenilik

Artıq cinayətkarları onlar da saxlaya biləcək Mühüm yenilik

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Dekabrın 9-da Milli Məclisdə Daxili Qoşunlarla bağlı qanun layihələri müzakirə edilib. Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək. Buna əsasən, həm də Daxili Qoşunların vəzifələri artırılır.

Yeni qanun layihəsi nədən ibarətdir?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, yeni qanun layihəsində çox mühüm məsələlər öz əksini tapır:

“Layihədə vətəndaşların konstitusion hüquq və azadlıqlarına hörmət, Daxili Qoşunların vahid, mərkəzləşdirilmiş idarəetməsi, hərbi quruculuq tədbirlərinə, fəaliyyətinə nəzarətin gücləndirilməsi, döyüş və səfərbərlik hazırlığının daha yüksək səviyyəyə çatdırılması kimi əsas istiqamətlər vurğulanır. Eyni zamanda döyüş potensialının müasir texnika və vasitələrin tətbiqi ilə artırılması, texniki bazanın davamlı yenilənməsi nəzərdə tutulur”.

Ədalət Verdiyev

Ekspert bildirib ki, layihə ilə Daxili Qoşunların şəxsi heyətinə yeni funksiyalar da verilir:

“Qəbul ediləcək qərardan sonra Daxili Qoşunlar cinayət törətmiş, şübhəli bilinən və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri saxlaya biləcək. Həmçinin axtarışda olan və cəzaçəkmə müəssisələrindən qaçmış şəxslərin tutulması, eləcə də terror əleyhinə xüsusi əməliyyat zonalarında hüquqi rejimi pozan şəxslərlə mübarizə səlahiyyətləri onlara həvalə olunur. Ümumilikdə, qanun layihəsinin qəbulu ölkə ərazisində təhlükəsizliyin təmin edilməsinə və vətəndaşların konstitusion hüquqlarının qorunmasına ciddi töhfə verəcək”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri