Icma.az
close
up
RU
Artıq düşüncələri oxumaq mümkün olacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

Artıq düşüncələri oxumaq mümkün olacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin elm mərkəzləri gələcəyin texnologiyası hesab edilən "beyin-kompüter interfeysi" sahəsində əhəmiyyətli nailiyyətlər əldə edir. Bu sahədə məqsəd insan beynindən gələn siqnalları birbaşa elektron cihazlara ötürməkdir. Hazırda bu texnologiya həm invaziv (beyinə elektrodların implantasiyası), həm də qeyri-invaziv (baş dərisinə yerləşdirilən elektrodlardan istifadə) üsullarla inkişaf etdirilir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, Tianjin Universiteti bu texnologiyanı inkişaf etdirmək üçün xüsusi bir tədris proqramı təqdim edir. Burada tələbələr dörd illik təlim zamanı neyron mühəndisliyi, alqoritmlər, robotika və digər sahələrdə təcrübə qazanırlar. Birinci kursda tələbələr düşüncələri ilə topun hərəkətini idarə etməyi öyrənir, daha sonra isə real iqtisadiyyatda tətbiq edilə bilən layihələr üzərində çalışırlar.

Elon Musk və onun Neuralink şirkəti də beyin-kompüter interfeysləri sahəsində fəaliyyət göstərir. Şirkət artıq invaziv üsullarla bir xəstənin beyninə 64 elektrod implantasiya edib. Ancaq bu təcrübələrdə müəyyən problemlər yaranıb, bəzi elektrodlar sıradan çıxıb. Çin isə daha təhlükəsiz qeyri-invaziv üsullara üstünlük verir.

Çinli alimlər depressiya, hidrosefaliya və digər nevroloji xəstəliklərin erkən diaqnostikasında bu texnologiyadan istifadə edirlər. IMARC Group-un məlumatına görə, qlobal beyin-kompüter interfeysi bazarının həcmi 2021-ci ildə 1,5 milyard dollar olub və 2032-ci ilə qədər 5,4 milyard dollara çatacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri