Icma.az
close
up
RU
“Artıq “Ferentsvaroş” Qarabağ ın nəyə qadir olduğunu bildi”

“Artıq “Ferentsvaroş” Qarabağ ın nəyə qadir olduğunu bildi”

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

""Qarabağ"ın Macarıstan səfərində rəqibi "Ferençvaroş"la oyunda 3-1 hesablı qələbə qazanması və vətənə lazımi nəticə ilə qayıtması, əlbəttə ki, hər birimizi məmnun, xoşbəxt edir. Bu da deməkdir ki, UEFA Çempionlar Liqası kimi mötəbər bir ali futbol turnirində Qarabağımızın iştirakı artıq 50 faiz həll olundu".

Bu fikirləri Redaktor.az-a  idman eksperti Fuad Eldarov ötən gün keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda baş tutan ilk oyunda "Qarabağ"ın  “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəlməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, səfərdəki qələbəyə arxayın olmamaq lazımdır.

"Çünki artıq “Ferentsvaroş” "Qarabağ"ın nəyə qadir olduğunu bildi. Bu, UEFA Çempionlar Liqası elə bir turnirdir ki, burada iştirak edən istənilən klub öz gücü ilə, öz baxımlı oyunu ilə orada iştirak edir. Vətənə 3-1 hesablı qələbə ilə qayıtmaq, əlbəttə ki, kağız üstündə və riyazi baxımdan mərhələnin daha rahat şəkildə həll olunması deməkdir. Amma bu hesabı qorumaq və artırmaq lazımdır. Bu da qalır Tofiq Bəhramovda keçirilən oyuna. Ayın 27-də Qarabağ öz meydanında, öz doğma azarkeşləri önündə pley-off mərhələsində “Ferentsvaroş”la üz-üzə gələcək və  bu 90 dəqiqənin sonunda biz təmsilçimizin UEFA Çempionlar Liqasının əsas mərhələyə keçməsini gözləyirik. Bundan əvvəl 2017-ci ildə UEFA Çempionlar Liqasında "Qarabağ" qrup mərhələsinə yüksəlmişdi".

Müsahibimiz qeyd etdi ki, bu il biz artıq komandamızı UEFA Çempionlar Liqasında görmək istəyirik.

"Dünənki oyunda mən bir qədər rəqibin taktiki sxeminə diqqət çəkmək istərdim. 3-5-2 sistemi ilə oynayırdı. Çox maraqlı bir sistem idi. Öz meydanında 3-5-2-dən istifadə etməsi əlbəttə ki, “Ferentsvaroş”  klubunun "Qarabağ"dan elə ilk dəqiqələrdə çəkindiyini göstərildi. Baxmayaraq ki, ilk qolu özləri vurdular. Təbii ki, cinahlar onlarda açıq vəziyyətdə idi. Futbolçular bir-birlərinə kompakt oyun şəklində mübarizə apararaq irəliləməyə çalışırdılar. Amma elə ilk dəqiqələrdən də komandamızın da hücumları heç də pis deyildi. Yəni, bəzi məqamlarda futbolçularımız bir az dəqiqliyi ilə yadda qalsaydılar, hesabı açan tərəf biz də ola bilərdik. Amma hesabı rəqib açdı və bundan sonra biz taktiki sxemimizdə ciddi bir dəyişiklik etmədən, öz oyun planımızda qalaraq hesabı bərabərləşdirməyi bacardıq. Standart vəziyyətdən Kevin Medinanın qolu ilə irəli keçdik və ikinci hissədə Nəriman Axundzadənin əvəzinə meydana daxil olan Musa Qurbanlı iki dəqiqə sonra qarşılaşmanın taleyini həll elədi. Hesab 3-1 oldu. Təbii ki, psixoloji və taktiki üstünlük də Qarabağın əlində idi. Hesab sonuna qədər qorundu, saxlanıldı və qələbə yekunda bizim oldu".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri