Icma.az
close
up
RU
Artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var Bu, Azərbaycandır!

Artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var Bu, Azərbaycandır!

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində xarici siyasət prioritetlərindən birini də elan etdi. Azərbaycan neokolonizmə qarşı mübarizəni davam etdirəcək. Bunun səbəbləri maraqlıdır, xüsusilə Prezident İlham Əliyevin dedikləri fonunda. 
Dövlət başçısı bildirib ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür: 
“Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə - hər halda özlərini belə sayan, üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir”.
Azərbaycan faktiki olaraq dünyada yüzillərdir müstəmləkədən əziyyət çəkən bu xalqların yanında olan nadir ölkələrdəndir. Bu, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqının mənəvi borcuna çevrilib.
Bu gün Afrika xalqları – qitənin qərbində yaşayan, eləcə də Korsikadakı, Yeni Kaledoniyadakı insanlar Fransanın neokolonal siyasətinin hədəfindədir. Afrikada baş verənlər Fransanın gerçək simasını ortaya çıxardı. Bu ölkə demokratiya və insan haqlarından danışsa da, reallıqda vəhşi kolonizm siyasətini aparır. Dənizaşırı ölkələrdə baş verənlər – insan haqlarının kobud şəkildə pozulması, zorakılıq, siyasi qətllər rəsmi Parisin bəşəri dəyərlərə təhlükə yaratdığının real nümunələridir. 

Təkcə Yeni Kaledoniyada Fransanın törətdiyi zorakılıq nəticəsində onlarla insan həlak oldu, minlərlə insan yaralandı. Yeni Kaledoniyanın yerli xalqı olan kanakların yeganı istəyi müstəqillik əldə etməkdir, lakin Fransa bu ölkənin təbii sərvətlərini talamaq üçün XXI əsrdə amansızlığı və qəddarlığı ilə seçilən siyasət yürüdür.
Korsikada baş verən qasırğa isə Fransanın bu ölkədəki insanların başına açdığı oyunları ortaya çıxardı. Prezident İlham Əliyev də bu məsələyə toxunub və bildirib ki, sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır: 
“Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir”.
Lakin artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var. Bu, Azərbaycandır. Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti bu prosesdə müstəsnə əhəmiyyət kəsb edir. 
Təsadüfi deyil ki, BTQ-nin fəaliyyəti nəticəsində Fransanın Yeni Kaledoniya və dənizaşırı ərazilərdəki neokolonal siyasəti BMT İnsan Hüquqları Komitəsinin Hesabatına daxil edildi. BMT rəsmi Parisdən apardığı qəddar siyasəti dayandırmağı tələb edir. 

Bu nəticə BTQ-nin əldə etdiyi mühüm uğurlardan biridir. Ötən ilin iyun ayında BTQ təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransdaa kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi. Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim etdi. Oktyabr ayında isə BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirildi. BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda da Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.
Nəticədə noyabr ayında yayımlanan BMT İnsan Hüquqları Komitəsinin Hesabatında Fransanın bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı. Beləliklə, Fransanın neokolonizm siyasəti ifşa edildi.
Azərbaycan faktiki olaraq kolonizm siyasətindən əziyyət çəkən xalqların səsinə çevrilib və törədilən vəhşilikləri, insan haqlarının pozulması faktlarını təkcə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmır, həm də beynəlxalq təşkilatların gündəliyinə daxil edir. Azərbaycanın bu cəsarətli fəaliyyəti müstəmləkədən əziyyət çəkən xalqlara dünyanın ən ali neməti olan müstəqil olmaq ümidi verib.
Vaqif Hüseynli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri