Artıq kəndimizdəyik, artıq elimizdə obamızdayıq Elməddin Muradlı
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Zəngilanın Məmmədbəyli kəndinə bu gün həyata keçirilən növbəti köçürülmə çərçivəsində köç edən ailələr arasında tanınmış nəqliyyat eksperti Elməddin Muradlının ailəsi də yer alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.
E.Muradlı bildirib ki, 38 yaşında məcburi köçkün düşən anası 70 yaşında doğma yurduna - Zəngilana geri dönür. Həmin dövrdə 36 yaşı olan atasının da bu gün ağarmış saçları və bükülmüş beli ilə Vətənə yola düşməsi onun üçün xüsusi hisslər yaradıb.
O qeyd edib ki, ailəsi 1993-cü il oktyabrın 29-da Bakıya səhər çağı məcburi köçkün kimi gəlib və bu gün Zəngilana dönüş də eyni saatlara təsadüf edib.
Muradlı “Böyük Qayıdış” prosesində iştirak etdikləri üçün qürur duyduğunu vurğulayıb.
Ekspert paylaşımını belə tamamlayıb:
"Bu gün bizim üçün çox gözəl gündür. Artıq kəndimizdəyik, artıq elimizdə-obamızdayıq"./redaktor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















