Artıq Saşa İliçin bizdən nə istədiyini bilirik Ayxan Süleymanlı
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İki həftə Sumqayıtda, iki həftə də Qəbələdə hazırlıq keçdik. Mövsümə yaxşı hazırlaşdığımızı düşünürəm".
Bunu Fanat.Az-a açıqlamasında "Sumqayıt"ın müdafiəçisi Ayxan Süleymanlı deyib.
İlk çempionat matçını "Kəpəz"ə qarşı keçirəcək "kimyaçılar"ın futbolçusu belə danışıb: "Hələ hazırlığımız davam edir. Deyərdim ki, tam olmasa da, 80 faiz forma yığmışıq. Yaxşı heyət formalaşdırmışıq. Artıq baş məşqçimiz Saşa İliçin bizdən nə istədiyini bilirik. Təbii ki, onun futbol fəlsəfəsini zamanla daha yaxşı anlayacağıq. Yəni buna doğru gedirik".
Arxa xətt oyunçusu şəxsi hədəfləri barədə sualı da cavsblandırıb: "Yeni mövsümdə əsas hədəfim komandamın məqsədinə çatmasına mümkün qədər çox kömək etməkdir. Bundan başqa, Allah qoysa, zədəsiz mövsüm keçirib sabit oyun göstərmək istəyirəm".
Qeyd edək ki, "Sumqayıt" ilk çempionat matçını evdə "Kəpəz"ə qarşı keçirəcək. Avqustun 17-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:30-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















