Icma.az
close
up
RU
Artıq “Siti”nin də öz misirli ulduzu var

Artıq “Siti”nin də öz misirli ulduzu var

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Mövsümün ilk yarısını alışmadığımız tərzdə zəif keçirən “Mançester Siti” vəziyyətdən çıxış yolunu qışda heyəti əhəmiyyətli dərəcədə gücləndirməkdə görür.

Xosep Qvardiola ilə bu yaxınlarda yeni müqavilə imzalandığı üçün təbii ki, onu heç kim qovmağa hazırlaşmır. Elə komanda özü də artıq böhrandan çıxıb. Amma heyətin güclənməyə ehtiyacı var. Abdukodir Xusanov və Vitor Reysin ardından 3-cü futbolçu Mançesterə yollanmaq üzrədi. Bu, “Ayntraxt”ın forvardı Omar Marmuşdu.
Uşaqlıqdan yalnız İngiltərə
25 yaşlı futbolçu fenomenal mövsüm keçirir. Onun göstəriciləri diqqəti çəkməyə bilməz. Bu mövsüm “böyük beşlik”də rəsmi matçlarda ondan daha çox qolun vurulmasında yalnız yığmadakı komanda yoldaşı Məhəmməd Salah iştirak edib! Ona görə də misirli ulduza yaxından nəzər salmağın vaxtıdı. 1999-cu il təvəllüdlü Marmuş Qahirədə doğulub və “Vadi Deqla”nın yetirməsidi. Bu klub hazırda Misir çempionatının ikinci divizionunda çıxış edir. 18 yaşında “Volfsburq” skautlarının diqqətini cəlb edən Marmuş 2017-də vətənini tərk edərək Almaniyaya yollandı. Təxminən 3 il “canavarlar”ın ikinci və U-19 komandasında çıxış edən bu futbolçu əsas komandada yalnız 2020-nin mayında debüt etdi. 2020/21 mövsümünü icarə əsasında 2-ci bundesliqa təmsilçisi “Sankt Pauli”də keçirən Marmuş Almaniyada yüksək səviyyədə ilk qollarını məhz bu klubda vurdu. Növbəti mövsümü artıq “Ştutqart”da icarədə keçirən Marmuş burda ilk dəfə adından söz etdirməyə başladı. 2021/22-də o, bundesliqada iki dəfə ayın ən yaxşı gənc oyunçusu seçildi və ilk dəfə yığmaya dəvət aldı. Növbəti mövsüm, nəhayət, “Volfsburq” özü də ondan faydalanmağa başladı və məhz həmin vaxt Marmuş “Brentford”la “Nottingem Forest”in diqqətini cəlb edərək ilk dəfə İngiltərə klublarının maraq dairəsinə düşdü. 2023-ün yayında “Ayntraxt”a transfer olunmaqla bu futbolçu dərhal yeni səviyyəyə yüksəlməyə başladı. O ötən mövsümü bütün turnirləri nəzərə almaqla 17 qolla tamamladı. “Barselona” da daxil olmaqla bir çox nəhənglər ona maraq göstərməyə başlayandan sonra misirli ulduz uşaqlıqdan yalnız İngiltərəyə can atdığını etiraf etdi. Qalırdı yalnız onun klub seçimi. Çünki “Siti”dən başqa “Arsenal” və “Liverpul” da bu futbolçuya ciddi maraq göstərirdi. Amma ilk gündən daha çox canfəşanlıq göstərən “şəhərlilər” istəyinə çatdı. Bu transfer komandaya təxminən 60 milyon avroya başa gələcək. Müqavilədə maksimum 10 milyon avroluq bonuslar da mövcuddu.
26 oyun, 20 qol, 13 məhsuldar ötürmə!
Ötən yay Xosep Qvardiola çox kobud bir səhvə yol verərək Xulian Alvaresi “Atletiko”ya buraxdı. Nəticədə “Siti” ikinci hücumçusuz və Erlinq Holann ilə rəqabət apara biləcək bir futbolçusuz qaldı. İndi də Qvardiola tələm-tələsik bu səhvini düzəltməyə çalışır. Marmuş universal futbolçudu və hücumda, demək olar, istənilən mövqedə oynamağa qadirdi. Onun gəlişindən sonra vingerlərin qeyri-sabit oyunu və De Bruynenin bitmək bilməyən zədələri artıq komandaya o qədər də mənfi təsir göstərməyəcək. Çünki misirli hücumda istənilən futbolçunun yerində oynamağa qadirdi. Marmuşun bu mövsümdəki göstəriciləri Alvaresin ötən mövsümkü göstəricilərindən üstündü. Məsələn, Omar 90 dəqiqə ərzində orta hesabla daha çox qol vurur (uyğun olaraq 0,9 və 0,4), qapıya daha çox zərbə endirir (4,66 və 3,3) və daha çox aldadıcı fəndlər edir (5,6 və 1,5). Bəs o, “Siti”nin indiki hücum oyunçularından hansı keyfiyyətlərinə görə üstündü? İlk növbədə qolların vurulmasında. Marmuş bu mövsüm 26 rəsmi oyunda 20 qol, 13 məhsuldar ötürməlik performans sərgiləyib! “Siti”nin heç bir vingeri bu cür göstərici ilə öyünə bilməz. Qriliş bu yaxınlarda birillik fasilədən sonra ilk qolunu vurdu! Foden yalnız indi-indi əvvəlki səviyyəsinə qayıtmağa başlayır. Doku ilə Savinyonun məhsuldarlığı da ürəkaçan deyil. Marmuşun daha bir üstünlüyü qapıya zərbə vurmağı xoşlamasıdı. Artıq qeyd etdiyimiz kimi, bir oyuna o, orta hesabla qapıya 4,66 zərbə vurur. Bu, bundesliqada ən yaxşı göstəricilərdən biridi. Və nəhayət, bu futbolçu qol fürsətlərindən də çox səmərəli istifadə edir. Təkcə bir faktı vurğulayaq ki, bu mövsüm Marmuşun bundesliqada gözlənilən qol sayı (xG) 8,8-ə bərabər olduğu halda, onun hesabında 15 qol var. Gözlənilən qol sayını 6,2 xG üstələməklə Marmuş bu göstəricidə “böyük beşlik”də yalnız “Brentford”lu Brayan Mbeumodan (6,4) geri qalır. Onu da bildirək ki, buna qədər “Ayntraxt” tarixində bundesliqada ilk dövrəni 15 qolla tamamlayan futbolçu olmamışdı!
O, “Siti”nin oyununa uyğunlaşa biləcəkmi?
Yeganə sual doğuran məqam Marmuşun Qvardiolanın oyun tərzinə uyğunlaşıb-uyğunlaşmayacağıdı. O, “Ayntraxt”da mobil və cəld forvard Uqo Ekitike ilə tandem təşkil edirdi. Holann kombinasiyalı oyuna o qədər də meyilli deyil. O, əsasən bitirici rolunda çıxış etməyi xoşlayır. Bundan başqa, Marmuş artıq əks-hücumda oynayan yox, topa sahib olmağı sevən komandada çıxış edəcək. “Ayntraxt” mövsüm ərzində topa yalnız 48,9 faiz sahib olurdusa, “Mançester Siti”də bu göstərici 61,4-ə bərabərdi. Bunun Marmuşun oyununa necə təsir edəcəyini də zaman göstərəcək. İngiltərə onun müxtəlif ssenarilərə və fərqli oyun tərzlərinə nə dərəcədə uyğunlaşa bilmək bacarığına malik olduğunu göstərəcək. “Ştutqart”da məşqçisi olmuş Mihael Vimmer bu futbolçu haqda bunları deyib:

“Marmuş həm əks-hücum üçün yaxşı yarayır, həm də bütün komanda ilə müdafiəyə çəkilən rəqiblərə qarşı da işə yarayır. Çünki texniki cəhətdən güclüdü. Dar ərazidə ən yaxşı çıxış yolunu tapmağı bacarır. Fikrimcə, o özünü intensiv və hücumameyilli oynayan klublarda daha rahat hiss edər”.


Marmuşun vacib oyunlarda qol vurmaq bacarığı da ön plana çıxır. Ötən mövsümdən bəri o, bundesliqada vurduğu 27 qoldan 8-ni ÇL iştirakçıları ilə oyunlarda vurub. Hər şeydən əlavə Marmuş komanda yoldaşları üçün fürsətlər yaratmağı da xoşlayır. Qısası, Qvardiola onunla Holanna eyni anda meydanda yer tapsa, biz premyer-liqanın ən məhsuldar duetlərindən birini izləyə bilərik.
Yeri gəlmişkən, Marmuş daimi təzyiqin və Salahla müqayisələrin öhdəsindən gəlməyi də bacarmalıdı. Çünki İngiltərədə bu müqayisələr qaçılmaz olacaq. Salah isə indidən onu belə şeylərdən qorumağa çalışıb:

“Marmuşu mənimlə müqayisə etməkdən əl çəkin. Bu, ona böyük təzyiq göstərir. Əminəm ki, belə müqayisələrdən heç xoşu gəlmir. Onun öz yolu var və imkan verin, bundan həzz alsın. Omar çox istedadlı futbolçudu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see382

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see315

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see299

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see278

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see275

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see270

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see268

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see235

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see219

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see210

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see203

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see200

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see193

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see186

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see186

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see184

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see171

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri