“Artıq sülhün real və yaxın bir perspektiv olduğunu söyləyə bilərik” ŞƏRH
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vaşinqtonda keçirilən görüş kifayət qədər uğurlu və əhəmiyyətli bir diplomatik təşəbbüs idi. Görüş zamanı müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması və bu istiqamətdə dialoqun davam etdirilməsi üçün konkret tapşırıqlar verildi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, bu, prosesin sistemli şəkildə irəliləməsinə və əlaqələrin dərinləşməsinə xidmət edir:
“Hazırda həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işçi qruplar fəaliyyət göstərir. Bu qrupların işi qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlib. Etimadın səviyyəsi nə qədər yüksək olarsa, sülh prosesinin irəliləməsi də bir o qədər sürətli və dayanıqlı olacaq. Vaşinqton razılaşmaları bu baxımdan sülhə doğru ciddi bir addım oldu. Artıq sülhün real və yaxın bir perspektiv olduğunu söyləyə bilərik. Lakin sülhün tam təmin olunması üçün hələ bir sıra zəruri addımlar atılmalıdır”.
Politoloq əlavə edib ki, bu addımlardan ən önəmlisi isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir:
“Əgər Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxararsa, bu, sülh müqaviləsinin imzalanması qarşısında duran əsas maneələrin aradan qalxması demək olacaq. Lakin bu dəyişikliklər üçün Ermənistana müəyyən vaxt və daxili hazırlıq prosesi lazımdır. Böyük ehtimalla bu proses ölkədə keçiriləcək seçkilərdən sonra aktiv fazaya keçəcək. Bu müddət ərzində Ermənistan hökuməti, siyasi elita və cəmiyyət bu dəyişikliklərə psixoloji və hüquqi baxımdan hazırlaşdırılmalıdır. Əgər dəyişikliklər üzrə keçiriləcək referendumdan müsbət nəticə çıxarsa Ermənistanın sülhə həqiqətən hazır olduğunu göstərəcək. Azərbaycan bu məsələni təsadüfən gündəmə gətirməyib. Əksinə, bu, bir testdir. Əgər bu testdən uğurla keçilərsə, o zaman sülh müqaviləsinin imzalanması qaçılmaz olacaq. Əks halda isə, sülh perspektivləri sual altına düşə bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qafqazda davamlı sülhün əsasının qoyulması prosesi artıq sona çatır ŞƏRH
08 Avqust 2025 17:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün artıq bərqərar olduğunu hesab edir
22 Dekabr 2025 23:31
Sülh artıq reallıqdır ŞƏRH
08 İyul 2026 10:58
Biz artıq sülhün üstünlüklərini görürük
16 Mart 2026 10:44
Bu prosesin daha da dərinləşəcəyini söyləyə bilərik
13 Dekabr 2024 14:14
Baxış sayı:120
Bu xəbər 18 Avqust 2025 18:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları