Icma.az
close
up
RU
Artıq təhsil ictimaiyyəti Emin Əmrullayevin eksperimentlərindən yorulub Elşən Qafarov

Artıq təhsil ictimaiyyəti Emin Əmrullayevin eksperimentlərindən yorulub Elşən Qafarov

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev ölkədəki təhsil sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb. Nazir bildirib ki, fənlərin dövrü çoxdan bitib, müasir təhsil bunu tələb edir, süni intellekt də gətirə bilərlər.

Bu baxımdan, süni intellekt yönümlü modelə keçid Azərbaycan təhsil sistemi üçün nə dərəcədə real və məqsədəuyğundur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, dünyanın bir sıra təhsil sistemləri fənlərdən çox müəyyən istiqamətləri seçirlər. Onun sözlərinə görə, məsələn, təbiət, texniki fənlər, humanitar və sair istiqamətlər üzrə təhsil verilir:

"Bu sistem artıq Finlandiyada tətbiq olunub, lakin dünyanın hələ əksər ölkələrində fənn əsaslı tədris davam edir. Elm və Təhsil Nazirliyi və nazir Emin Əmrullayev Azərbaycanda təhsildə eksperimentlər keçirməyi planlaşdırır, lakin ilk növbədə təhsil sisteminin dağıdılmaması əsas prioritet olmalıdır. Ölkənin təhsil sistemində - əgər bunu sistem adlandırmaq mümkündürsə, - tərbiyə sistemini bərpa etmək vacibdir. Çünki tərbiyə sistemi olmadan təhsildən danışmaq əhəmiyyətsizdir. Burada pedaqoji kadr hazırlığı dövrün tələblərinə uyğunlaşdırılmalı və beynəlxalq tərbiyə və təhsil modellərindən istifadə etməklə Azərbaycan modeli yaradılmalıdır. Azərbaycan təhsilində illərdir müəyyən təcrübələr müşahidə olunur. Hər hansı bir istiqamət seçilir və həmin istiqamət üzrə böyük miqyasda dövlət vəsaiti xərclənir, lakin nəticədə konkret nəticə əldə olunmur. Məsələn, ölkənin təhsil sistemində müəllimlərin əsas bacarıqlarından biri onların rəqəmsal və STEAM bacarıqlarıdır. Lakin müəllimlər bu prosesdən kənarda qalır, rəqəmsallıq ayrıca layihə, STEAM isə ayrıca layihə kimi həyata keçirilir və milyonlarla vəsait boş-boşuna xərclənir".

Müsahibimiz əlavə etdi ki, "Həyat bilgisi" fənni istənilən müəllim tərəfindən tədris edilə bilər:

"Müəllim Təhsil İnstitutundan bir həftə kurs keçib sertifikat alır. Hazırda isə Emin Əmrullayevin tətbiq etdiyi təbiət fənni məsələsi var, hansı müəllimin bu fənni tədris edəcəyi, hansı müəllimin Təhsil İnstitutundan sertifikat alacağı aydın deyil. Artıq təhsil ictimaiyyəti Emin Əmrullayevin eksperimentlərindən yorulub. Dünyada 200-dən çox ölkə var, təqribən 220. Heç bir ölkənin təhsil naziri məktəblərin bağlanması ilə bağlı bu qədər sevincli məlumat verməyib. Dünən Real TV-dəki müsahibəsində nazir bildirib ki, son beş ildə təhsilin ağır vəziyyəti 2020-ci ildə onlayn tədrisə bağlanırdı, amma indi məktəblər onlayn tədrisə keçəcək. Ölkədə isə 1241 məktəb var, şagird sayı isə 100-dən aşağıdır. Nəticə etibarilə, təhsil cəmiyyəti artıq nazirin eksperimentlərindən yorulub və yeni eksperimentlərin tətbiqini həyata keçirməkdə ehtiyatlıdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri