Artur Hovannisyan: “Karapetyan deputat olmayacaq”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Samvel Karapetyan Ermənistan parlamentinə və ya baş nazirliyinə namizəd ola bilməz”.
“Cebheinfo.az”-ın məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyan Ermənistan Milli Məclisində keçirdiyi brifinqdə belə deyib.
“Mən bilmirəm o, hansı şanslardan danışır. Samvel Karapetyan 100 faiz nə deputat, nə də baş nazirliyə namizəd ola bilməz. Kimin neçə faiz etimada və hansı şansa malik olmasına xalq qərar verir.
Xalq qərarını iyunun 7-də verəcək. İyunun 7-də xalq üçbaşlı müharibə partiyasına sıfır səs verməlidir”, - deyə deputat bildirib.
Xatırladaq ki, məhkəmə iclasından bir gün əvvəl "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan jurnalistlərə açıqlamasında Ermənistanda keçiriləcək parlament seçkilərində tam qələbə qazanacaqlarını deyib:
“Şanslarımızı tam 100 faiz qiymətləndiririk”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Aprel 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















